İŞLƏYƏN PENSİYAÇILARLA BAĞLI YENİ TƏKLİF... - Nəyə ehtiyac var?
21 Noyabr 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
427
24.12.2024, 14:17
Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC yenidənqurma işləri ilə yanaşı nəzarət tədbirləri də həyata keçirir.
Oxu24.com xəbər verir ki, abonentlərlə mütəmadi maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq, paytaxt və bölgələrdə sayğaclara aylıq baxış keçirilən zaman həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisinin talanması hallarına rast gəlinib.
Monitorinqlər zamanı Şəmkir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən soyuducu anbara məxsus sayğaca müdaxilə olunaraq içərisinə uzaqdan idarə olunan qurğunun yerləşdirildiyi və nəticədə sayğacın dövrədən kənarlaşdırıldığı müəyyən edilib. Daha bir soyuducu anbara və marketə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Obyektlərlə yanaşı fərdi yaşayış evlərində də sayğaclara qanunsuz müdaxilə halları aşkar edilib.
Lənkəranda evə məxsus sayğacın dövrədən kənarlaşdırıldığı, Şəmkirdə fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən olunub. Paytaxtda Xəzər rayonunda 2, Binəqədidə 1 evdə belə hala rast gəlinib. Nizami rayonunda keçirilən monitorinq zamanı məlum olub ki, sayğaca müdaxilə olunaraq içərisində hesablama mexanizmi şuntlanıb, elektrik sayğacı dövrədən kənarlaşdırılıb.
Uçotdan kənar qoşulmalar elektrik xətlərinin həddən artıq yüklənməsinə, nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyətinin azalmasına və gərginliyin aşağı düşməsinə səbəb olur.
Qanunsuz müdaxilə halları aşkar edildikdə abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
09:42 / 21 Noyabr 2026
1
09:38 / 21 Noyabr 2026
20
09:35 / 21 Noyabr 2026
25
09:33 / 21 Noyabr 2026
31
09:03 / 21 Noyabr 2026
61
00:12 / 21 Noyabr 2026
174
23:31 / 20 Noyabr 2026
169
23:23 / 20 Noyabr 2026
175
23:06 / 20 Noyabr 2026
187
22:45 / 20 Noyabr 2026
167
22:35 / 20 Noyabr 2026
178
22:22 / 20 Noyabr 2026
191
22:01 / 20 Noyabr 2026
179
21:52 / 20 Noyabr 2026
176
21:48 / 20 Noyabr 2026
160
21:21 / 20 Noyabr 2026
183
20:50 / 20 Noyabr 2026
211
20:40 / 20 Noyabr 2026
324
20:33 / 20 Noyabr 2026
186
20:25 / 20 Noyabr 2026
443
20:25 / 20 Noyabr 2026
189
20:20 / 20 Noyabr 2026
188
20:18 / 20 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.