Elm və Təhsil Nazirliyi AÇIQLAMA YAYDI
23 Noyabr 2026, 20:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
409
08.09.2024, 20:59
"Yaşlı insanlarda psixi davamlılıq və çətinliklərlə mübarizə aparmaq bacarığı onlarda ölüm riskini azaldır".
OXU24.COM bildirir ki, Çinin Sun Yat-sen adına Cuncşan Universitetindən bir qrup tədqiqatçı apardığı genişmiqyaslı araşdırmadan sonra bu qənaətə gəlib. Tədqiqatın nəticələri "BMJ Mental Health" elmi jurnalında dərc edilib.
Tədqiqatda orta yaşı 66 olan 10 min 5 yüz nəfər iştirak edib. Alimlər iştirakçıların iqtisadi və ailə vəziyyəti haqqında məlumatları diqqətlə təhlil ediblər, həmçinin onların sağlamlıq vəziyyəti haqqında ətraflı məlumat toplayıblar. Daha sonra könüllülər xüsusi psixi davamlılıq qiymətləndirməsindən keçiblər. Burada onlara inadkarlıq, sakitlik, məqsədyönlülük, özünə inam və ümumiyyətlə çətinliklərin öhdəsindən tək gəlmək bacarığı kimi xarakter xüsusiyyətlərinin özlərində nə dərəcədə ifadə olunduğunu qiymətləndirmək təklif olunub.
Bütün lazımi məlumatlar toplandıqdan sonra təxminən 12 il davam edən müşahidə dövrü başlayıb. Bu müddət ərzində tədqiqatın 3 min 4 yüz iştirakçısı vəfat edib. Əldə edilən məlumatların təhlili göstərib ki, iştirakçıların psixi davamlılıq göstəriciləri nə qədər yüksək olubsa, onlarda hər hansı səbəbdən ölüm riski bir o qədər aşağı olub.
Psixi davamlılıq və ömür uzunluğu arasında aşkarlanmış əlaqə iştirakçıların ailə vəziyyəti, cinsi, irqi və çəkisi kimi amillər nəzərə alındıqdan sonra belə statistik cəhətdən əhəmiyyətli olaraq qalıb.
Çinli alimlər xüsusilə qeyd ediblər ki, məhz çətinliklərin öhdəsindən gəlmək qabiliyyəti psixi davamlılığın ən vacib aspekti kimi çıxış edib.
20:46 / 23 Noyabr 2026
1
20:37 / 23 Noyabr 2026
40
20:21 / 23 Noyabr 2026
57
20:16 / 23 Noyabr 2026
69
20:09 / 23 Noyabr 2026
73
19:53 / 23 Noyabr 2026
69
19:39 / 23 Noyabr 2026
248
19:33 / 23 Noyabr 2026
71
19:14 / 23 Noyabr 2026
85
19:10 / 23 Noyabr 2026
355
19:00 / 23 Noyabr 2026
99
18:46 / 23 Noyabr 2026
235
18:42 / 23 Noyabr 2026
149
18:35 / 23 Noyabr 2026
117
18:13 / 23 Noyabr 2026
121
18:09 / 23 Noyabr 2026
4337
17:55 / 23 Noyabr 2026
269
17:52 / 23 Noyabr 2026
119
17:46 / 23 Noyabr 2026
117
17:44 / 23 Noyabr 2026
139
17:13 / 23 Noyabr 2026
304
17:12 / 23 Noyabr 2026
168
16:57 / 23 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.