Bakıda 28 istiqamətdə sıxlıq var
25 Noyabr 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
477
06.06.2024, 13:00
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.
Oxu24.com xəbər verir ki, bu, Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, 13-cü kilometr ünvanında yerləşən “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsidir.
Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:
- obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub;
- anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub;
- obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;
- anbar tikililərindən birindən həm anbar, həm də istehsal sahəsi kimi istifadə olunub;
- obyektin anbar sahəsində tezalışan materiallardan ibarət otaq quraşdırılıb;
- istehsalat sahəsində quraşdırılmış taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- anbar və istehsalat sahələrinin bəzi çıxış qapılarının qarşısı əşyalarla tutulub;
- obyektin ərazisində elektrik transformatorunun ətrafı tezalışan yanar materiallardan təmizlənməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektin istehsalat və anbar sahələrində daxili yanğın su kranları tam quraşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
18:39 / 25 Noyabr 2026
2
18:30 / 25 Noyabr 2026
35
18:28 / 25 Noyabr 2026
70
18:17 / 25 Noyabr 2026
86
18:13 / 25 Noyabr 2026
289
18:11 / 25 Noyabr 2026
96
18:02 / 25 Noyabr 2026
115
18:00 / 25 Noyabr 2026
83
17:49 / 25 Noyabr 2026
148
17:35 / 25 Noyabr 2026
81
17:21 / 25 Noyabr 2026
532
17:13 / 25 Noyabr 2026
103
17:01 / 25 Noyabr 2026
465
16:50 / 25 Noyabr 2026
126
16:38 / 25 Noyabr 2026
103
16:29 / 25 Noyabr 2026
98
16:27 / 25 Noyabr 2026
100
16:15 / 25 Noyabr 2026
288
16:05 / 25 Noyabr 2026
247
15:59 / 25 Noyabr 2026
335
15:41 / 25 Noyabr 2026
825
15:32 / 25 Noyabr 2026
229
15:30 / 25 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.