Fazil Mustafanın “Çoban məsuliyyəti” kitabı gün üzü gördü - FOTO
26 Noyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
382
14.05.2024, 20:10
“Nikah yaşı ilə bağlı artıq Komitə tərəfindən təklif irəli sürülüb. Biz bu təklifi elə-belə verməmişik”.
OXU24.COM xəbər verir ki, bunu Beynəlxalq Ailə Günü ərəfəsində keçirilən ənənəvi “Ailə Festivalı”nda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin nikah yaşı ilə bağlı qanunvericilikdə hər hansı dəyişikliklərin gözlənilib-gözlənilmədiyinə dair sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu təklif müxtəlif araşdırma, tədqiqat və sorğuların nəticəsində formalaşıb:
“Bu gün real vəziyyəti nəzərə alaraq təklif vermişdik ki, nikah yaşında heç bir istisna olmasın və nikah yaşı vahid olaraq 18 yaş qəbul edilsin. Hər hansı istisna olmadan bu yaş həddi həm oğlan, həm də qızlara şamil edilsin. Çünki hər hansı istisna buna bənzər hadisələrin daha geniş yayılmasına vüsət yaradır. Buna görə də, biz nikah yaşının bir yaş aşağı - 17 yaş olmasının aradan qaldırılmasını təklif etmişik. Cəmiyyət artıq bunu müzakirə edir. Düşünürəm ki, bu, müəyyən zaman çərçivəsində artıq qanun layihəsində də öz əksini tapacaq, Ailə Məcəlləsinə bununla bağlı dəyişiklik ediləcək”.
B.Muradova onu da əlavə edib ki, 17 yaşdan da aşağı yaş qrupunda olan qızlar ailə qurmaq məqsədilə kimlərə qoşulub gedirsə, bu, xoşagələn hal deyil:
“Bu istiqamətdə valideynlərin yanaşması, onların maarifləndirilməsi ilə yanaşı gənclərin özlərinin də proqressiv düşüncəli olması vacibdir. Sadaladığımız yaş, yəni 16 yaş gənclərin təhsil alma, oxuma, öyrənmə, savad, bilik alma və gələcək üçün özünü cəmiyyətə hazırlama yaşıdır. Bu yaş nikah üçün çox erkəndir. Belə qurulan ailələr sonralar həm sosial, həm də psixoloji gərginlik yaradır. Biz bunun gənclərdə həm psixoloji, həm də fiziki zədə kimi müşahidə etmişik. Xüsusilə də ailələrdə bu məsələyə yanaşma qanun çərçivəsində olmalıdır. Uşaqların 18 yaşına qədər təhsilə yönləndirilməsinə diqqət yetirilməlidir. 18 yaşdan sonra isə oxumaq və ya ailə qurmaq istəyi gəncin öz qərarıdır”.
Həmçinin oxuyun
17:07 / 26 Noyabr 2026
1
17:05 / 26 Noyabr 2026
11
17:00 / 26 Noyabr 2026
27
16:55 / 26 Noyabr 2026
52
16:40 / 26 Noyabr 2026
179
16:38 / 26 Noyabr 2026
82
16:23 / 26 Noyabr 2026
112
16:15 / 26 Noyabr 2026
94
16:08 / 26 Noyabr 2026
96
16:01 / 26 Noyabr 2026
93
15:58 / 26 Noyabr 2026
101
15:49 / 26 Noyabr 2026
96
15:44 / 26 Noyabr 2026
92
15:40 / 26 Noyabr 2026
95
15:34 / 26 Noyabr 2026
107
15:27 / 26 Noyabr 2026
116
15:15 / 26 Noyabr 2026
684
15:10 / 26 Noyabr 2026
120
15:09 / 26 Noyabr 2026
116
15:01 / 26 Noyabr 2026
115
14:54 / 26 Noyabr 2026
125
14:50 / 26 Noyabr 2026
109
14:45 / 26 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.