Hörmüzdə görün, nə var imiş — ƏHƏMİYYƏTİ AÇIQLANDI
28 Mart 2026, 22:33
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
834
26.01.2026, 12:25
“Zelenskinin mesajlarında manipulyasiya yoxdur, Rəsmi Kiyev realist mövqedədir"—Politoloqdan AÇIQLAMA
“Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri təkcə Ukrayna ərazisində deyil, həm də bütün Avropa üçün təhlükə yaradan müharibənin dəqiq bitmə tarixinin müəyyənləşdirilməsinə yol aça bilər”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Litvaya səfəri zamanı bildirib.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Oxu24.com-a açıqlamasında bildirib ki, ABŞ, Ukrayna və Rusiya təmsilçiləri arasında son danışıqlarda real nəticələrin əldə olunmadığı bildirilir:
“Lakin bununla belə, ABŞ, eləcə də Qərb Siyasi İradə Mərkəzləri tərəfindən sülh sazişi ilə bağlı sənədin hazırlandığı da bildirilir. Həmin sazişdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri nəzərdə tutulub.
Prezident Volodimir Zelenski də bu barədə açıqlama verib ki, əgər yaxın vaxtlarda Rusiya həmin sənədi imzalayarsa, o zaman Ukrayna savaşı sona çata bilər.
Ancaq bəzi məlumatlara görə, Rusiya həmin sənədə hələki neqativ yanaşır və imzalamaq niyyətində olmadığını bildirir.
Zekenskinin bu açıqlaması da məhz həmin sənədlə bağlıdır. Burada önəmli məsələ odur ki, Zelenski Ukraynanın təhlükəsizliyini Avropa qitəsinin təhükəsizliyi ilə birləşdirməyə çalışır. Çünki, təklifdə Ukraynaya veriləcək zəmanətlər sonradan pozula bilər. Heç bir hüquqi-siyasi məsuliyyət daşımaya da bilər. Lakin bu zəmanətlər Ukrayna və Avropa məkanı üçün ümumi xarakter daşıyarsa, o zaman Rusiya tərəfindən təhlükəsizlik zəmanətlərinin pozulmasına yönəlik addımlar genişmiqyaslı əks reaksiyalar doğura bilər. Və Rəsmi Kiyev də bu faktoru nəzərə alır. Bu səbəbdən də, Ukrayna və Avropa məkanının təhlükəsizlik zəmanətlərini ümumiləşdirməsinə üstünlük verir”,-deyə politoloq qeyd edir.
Həmçinin oxuyun
Niyə Ukrayna prezidenti təhlükəsizlik zəmanətlərini təkcə Ukrayna deyil, bütün Avropa üçün həlledici amil kimi təqdim edir?
“Bu bəyanatın Litvada verilməsi də qətiyyən təsüdüfi deyil. Çünki, Litva da digər Baltikyanı ölkələr kimi Rusiya təhlükəsini ciddi qəbul edir. Bu istiqamətdə məsələ ilə bağlı ən sərt mövqe tutan dövlətlərin sırasında yer alır.
Böyük ehtimalla Prezident Zelenski bu bəyanatı Litvada verməklə Baltikyanı dövlətlərin də səyini arxasına almaq niyyəti güdür. Bu tamamilə doğru yanaşmadır. Burada Zelenskinin verdiyi bu mesajlarda manipulyasiya yoxdur. Rəsmi Kiyev hazırda daha realist mövqedən çıxış etməyə çalışır. Ukraynanın gələcək taleyini xilas etmək üçün əlindən gələni edir.
Bu baxımdan bütövlükdə Avropa məkanı təhlükəsizlik zəmanətlərini irəli sürməklə Ukraynanı daha genişmiqyaslı təhlükəsizlik kəndirinin altına alınmasına çalışır. Nəzərə almaq lazımdır ki, Rəsmi Kiyev hətta, NATO-ya üzv olmasa belə Ukraynanın ən azından Avropa Birliyinə üzvlüyü məsələsində israrçı mövqedədir”,-deyə politoloq fikirlərini yekunlaşdırıb.
Çimnaz Telmanqızı
00:42 / 01 Aprel 2026
10
23:59 / 31 Mart 2026
28
23:49 / 31 Mart 2026
34
23:39 / 31 Mart 2026
37
23:19 / 31 Mart 2026
135
23:04 / 31 Mart 2026
44
23:02 / 31 Mart 2026
45
23:00 / 31 Mart 2026
42
22:54 / 31 Mart 2026
53
22:40 / 31 Mart 2026
51
22:30 / 31 Mart 2026
78
22:25 / 31 Mart 2026
63
22:20 / 31 Mart 2026
125
22:11 / 31 Mart 2026
432
22:10 / 31 Mart 2026
158
22:08 / 31 Mart 2026
48
22:04 / 31 Mart 2026
47
21:59 / 31 Mart 2026
45
21:59 / 31 Mart 2026
171
21:58 / 31 Mart 2026
44
21:50 / 31 Mart 2026
136
21:40 / 31 Mart 2026
137
21:30 / 31 Mart 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.