"Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi" — Baba Vəziroğlu ilə "Nigaranam" ətrafında MÜSAHİBƏ
16 İyul 2025, 11:23
Qaynar xətt:
(+99450) 247 90 86Bakıda HİV viruslu xəstələr niyə əməliyyat olunmur? — Tanınmış həkimlərin “yox” cavabının məsuliyyəti (ARAŞDIRMA)
AKTUAL
5868
12.05.2025, 14:16
Oxu24.com cəmiyyət üçün əhəmiyyət kəsb edən problemlərin işıqlandırılmasını davam etdirir.
Ötən yazımızda İİV (HİV-QİÇS) virusunun cəmiyyət,insanlar üçün necə təhlükəli bir bəla olması barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova ilə müsahibəni təqdim etdikdən sonra çoxsaylı müraciətlər aldıq. Sözügedən müraciətləri nəzərə alaraq İİV (HİV-QİÇS) virusuna yoluxmuş şəxslərin qarşılaşdığı ən böyük problemi araşdırdıq. Bu,İİV-ə yoluxmuş şəxslərin cərrahi əməliyyat zamanı qarşılaşdıqları problemlə bağlıdır.
Anonim olaraq saytımıza müraciət edən N.M-a bildirib ki, səhəttində yaranan problemlə bağlı əməliyyat keçirmək istəsə də,Azərbaycanda həkim tapa bilməyib. Getdiyi bütün xəstəxanalar və həkimlər “səndə HİV virusu var,səni əməliyyat edə bilmərik”,-deyərək onu qapıdan geri qaytarıb.
Azərbaycanda əməliyyat oluna bilmədiyini görən qadın kredit götürərək Türkiyənin Ankara şəhərində yerləşən klinikaların birinə üz tutub.Bu kiçik əməliyyat ona həm maddi,həm də mənəvi zərbə vurub.
Araşdırmalarımız zamanı məlum oldu ki, Azərbaycanda İİV virusuna yoluxmuş şəxsin hər hansı bir cərrahi əməliyyat keçirməsi həqiqətən də müşkülə çevrilib. Bir sözlə İİV viruslu xəstə təcili əməliyyat zərurəti ilə qarşılaşarsa,demək olar ki, köməksiz vəziyyətdə qalmalı olur. Araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanda fəaliyyət göstərən xəstəxanaların və cərrahların böyük qismi qanında İİV (QİÇS) virusu olan xəstələri əməliyyata götürməkdən imtina edirlər.
Bəs,belə olan halda bu virusu bədənində daşımağa məcbur olan xəstə nə etməlidir?
İİV viruslu xəstə harada və necə əməliyyat olunmalıdır?Bu suala cavab tapmaq məqsədi ilə araşdırmaya başladıq.
İlk olaraq ölkədə üzdə olan cərrahlara müraciət etdik.Qanında HİV virusu aşkarlanan xəstəni əməliyyat edirsinizmi müraciətimizə demək olar ki, bütün həkimlər və xəstəxanalar “yox” cavabını verdi.
Müraciət etdiyimiz Plastik cərrah Dilqəm Məhərrəmovun köməkçisi “biz belə xəstələri qəbul etmirik”, cavabını verdi.
Cərrah-oftolmoloq Cahid Şahbazova da müraciətimiz eyni cavabla nəticələndi.
Plastik,Rekonstruktiv və Estetik Cərrah Mircəfər Seyidov da HİV-li xəstələrdən imtina edənlər siyahısındadır.
Növbəti müraciət etdiyimiz cərrah Nəzmin Musayeva bildirib ki, onun təcrübəsində HİV-li xəstələrin əməliyyatı olub.
Siyahını istənilən qədər uzada da bilərik.Sadəcə buna gərək yoxdur. Görünən odur ki, ölkədə HİV virusu olan xəstənin başına bir iş gələrsə,onu əməliyyat etməyə həkim tapmaq mümkün olmayacaq.
Bu,həmin xəstələr,onların yaxınları və ailə üzvləri üçün böyük bəla deyilmi?Mövzunu davam etdirib,rəsmi şəxslərin də mövqeyini öyrəndik.
Millət vəkili problemə münasibət bildirdi...
Həmçinin oxuyun
Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini,millət vəkili, t.e.d. ürək-damar cərrahı Rəşad Mahmudov qeyd olunan problemlə bağlı Oxu24.com saytına açıqlama verib.
“Bəli, əfsuslar olsun ki, ölkəmizdə belə vəziyyətlə qarşılaşmaq halları var. Xüsusi ilə tibbi xidmətlərdən imtina edən həkimlər,cərrahlar,xəstəxanalar reallıqları ölkəmizdə var. Onlar müxtəlif bəhanələrlə İİV virusu olan xəstələri əməliyyat etməkdən imtina edirlər. Bu,ilk növbədə qeyri-peşəkar və qanunsuz davranışdır. Bildirmək istəyirəm ki, ölkəmizdə İİV-lə yaşayan xəstələrin hüququları qanunla qorunur. Onların tibbi xidmətlərdən istifadəsi qətiyyən məhdudlaşdırıla bilməz.Əgər,qanında İİV virusu aşkarlanan şəxsin əməliyyatından imtina edilirsə,bu,ciddi qanun pozuntusudur. İkincisi,bir həkim kimi deyə bilərəm ki, tibbi normal şəkildə inkişaf etmiş ölkələrdə İİV virusu olan şəxslərin əməliyyat olunmasında heç bir əngəl yoxdur.Sadəcə həmin virusun aktivlik dərəcəsinə görə,xüsusi qorunma mexanizmi protokolları var. Həmin protokol tətbiq olnarsa,heç bir problem yaşanmır”,-deyə Rəşad Mahmudov bildirib.
Həkim HİV-li xəstəni əməliyyat etdiyini də açıqlayıb.Amma...
“Bildirmək istəyirəm ki,yaxın keçmişdə fəaliyyət göstərdiyimiz Mərkəzi Gömrük Hospitalında da belə bir halnan rastlaşmışdıq. Ölkədə infeksionistlərin və bir çox cərrahiyə bloklarında işləyən insanların bu hadisələrə qarşı nə qədər müqavimətli olduğunun şahidi olduq. Amma buna baxmayaraq klinik protokollara uyğun bir şəkildə ən mürəkkəb əməliyyat, açıq ürək əməliyyatı bu xəstə üzərində uğurla tamamlandı. Nə özü üçün, nə də ətrafda heç bir təhlükə yaratmadıq.
Ona görə də bildirmək istəyirəm ki,əminik ki, bu mövzuda ölkəmizdə səhiyyə işçilərinin və eləcə də tibb müəssisələrinin bu xəstələrə qarşı olan münasibətində maarifləndirməni artıraraq biz gələcəkdə bu sistemin daha sağlam bir şəkildə işini görməsi üçün imkan yarada bilərik. Ayrıca da,onu da demək istəyirəm ki,belə bir hadisələr olduğu zamanda da,mütləq bir şəkildə həmin şəxslər Səhiyyə Nazirliyinə və aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərlər”,-deyə millət vəkili qeyd edir.
Oxu24.com məsələnin hüquqi tərəfinə də nəzər salıb. HİV-li xəstələri yarıyolda qoyan,köməksiz buraxan cərrahları nə gözləyir?Onlar həbs oluna bilərmi?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Sadiq Əfəndiyev bildirib ki, HİV daşıyıcısı olan şəxslərə tibbi yardımın göstərilməsindən imtina etmək qanunsuzdur və bu hərəkətlər xəstənin sağlamlığına vurulmuş zərərin dərəcəsindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.
“Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Bu konstitusion hüquq istisnasız olaraq hər kəsə aid olduğundan, HİV daşıyıcısı olan xəstələrə də aiddir.
Bununla yanaşı nəzərə alınmalıdır ki, tibb işçiləri HİV – lə yoluxmanın yuxarı risk qrupuna aiddir. Xüsusilə cərahiyyə əməliyyatlarını həyata keçirən həkim cərrahların yoluxma riski daha yuxarıdır. Bu səbəbdən də bəzən həkim cərrahlar yoluxmadan ehtiyat etdikləri üçün həmin xəstələrin cərrahi əməliyyatından imtina edirlər.
Hesab edirəm ki, sadəcə cəza təhdidinin və müəyyən normativ qaydaların mövcudluğu məsələnin effektiv həlli üçün kifayət etmir. Əlbəttə ki, HİV daşıyıcısı ilə təmasda olan həkim və digər tibb işçiləri qoruyucu vasitələrlə özlərinin maksimum qorunmasını təmin etməli, maksimum diqqətli və ehtiyatlı olmalı, tibbi yardım başa çatdıqdan sonra istifadə etdikləri tibbi alətlərin sterilizasiyası və s. bu kimi tədbirləri görməlidirlər. Lakin bəzi tibbi yardım növlərinin, xüsusilə də cərrahi əməliyatların xüsusi gərginliklə həyata keçirilməsi şəraitində hansısa qorunma tədbirinin lazımi qaydada görülməməsi yaxud unudulması və s. nəticəsində tibb işçilərinin yoluxması istisna edilmir. Bir tibb işçisinin yoluxması isə ona müraciət edən HİV daşıyıcısı olmayan pasiyentlərin də sağlamlığını təhlükə altına ala və onların da HİV-ə yoluxmasına səbəb ola bilər.
Ona görə də HİV daşıyıcısı olan şəxslərin istənilən müayinə və müalicəsinin bu sahədə ixtisaslaşdırılmış tibb müəssisəsində və ixtisaslaşdırılmış tibb işçiləri tərəfindən aparılması daha məqsədəmüvafiqdir”,-deyə vəkil bildirib.
Araşdırmadan da göründüyü kimi bu problem kifayət qədər aktual və həssas məsələ olaraq qalır.Bu məsələdə qabaqcıl ölkələrin təcrübəsindən istifadə daha məqsədəuyğun olardı. Misal üçün qonşu Türkiyədə qanında HİV virusu aşkar olunan xəstəxələr xüsusi ayrılmış cərrahiyə masalarında əməliyyat olunur.Bu həm xəstənin,həm də tibb heyətinin sağlamlığının qorunmasına yardım edir. Ümid edirik ki,bizdə də bu məsələ tezliklə həllini tapacaq.
Qeyd edək ki,Oxu24.com saytı bundan öncə kişilərdə və qadınlarda süd vəzi xərçəngi xəstəliyi ilə bağlı araşdırma təqdim etmişdi.Sözügedən müsahibəni linkdən oxuya bilərsiniz.
Hazırladı: Miri Məcidli (Mircəlal Məcidov)
10:26 / 20 İyul 2025
“Artıq mən olmayacaqdım...” - Prezidentdən həssas çıxış
165
10:23 / 20 İyul 2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub
21
10:21 / 20 İyul 2025
3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir
20
23:59 / 19 İyul 2025
Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu - VİDEO
106
23:39 / 19 İyul 2025
İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə
265
23:20 / 19 İyul 2025
Məşhur jurnalist İlham Əliyevdən məsləhət istədi - Prezidentin cavabı gündəm oldu
225
23:13 / 19 İyul 2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
110
20:28 / 19 İyul 2025
İlham Əliyev: Cənubi Qafqaz sabit məkan olacaq
228
18:19 / 19 İyul 2025
Dənizə belə girmək iflic edə bilər
268
17:53 / 19 İyul 2025
Zauru efirdə operatoru PƏRT ETDİ - VİDEO
244
17:00 / 19 İyul 2025
"Böyük razılaşmalar elan olunacaq"
237
14:11 / 19 İyul 2025
Azərbaycan nefti ucuzlaşdı
374
12:33 / 19 İyul 2025
Tanınmış azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
360
12:20 / 19 İyul 2025
Prezident vacib SƏRƏNCAM imzaladı
390
12:01 / 19 İyul 2025
Rusiya Odessanı vurdu - Ölən var
313
11:35 / 19 İyul 2025
Kanalda qadın meyiti TAPILDI
235
10:00 / 19 İyul 2025
“Onun məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
236
09:50 / 19 İyul 2025
Bu ölkədə teleqram bloklanacaq
241
09:39 / 19 İyul 2025
İsrail və Suriya atəşkəs barədə razılığa gəldilər
229
09:30 / 19 İyul 2025
Rusiyanın bu hava limanında məhdudiyyətlər tətbiq edildi
239
09:20 / 19 İyul 2025
Ukraynada daha bir azərbaycanlı həlak oldu
236
09:11 / 19 İyul 2025
Bu binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO
230
09:00 / 19 İyul 2025
Güclü yağış Ankarada həyatı iflic etdi - Video
225
00:46 / 19 İyul 2025
Lalə Məmmədovanın evi - VİDEO
462
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.