"Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi" — Baba Vəziroğlu ilə "Nigaranam" ətrafında MÜSAHİBƏ
16 İyul 2025, 11:23
Qaynar xətt:
(+99450) 247 90 86Mina sahəsindən məhsul tarlasına: Aqrar dirçəlişin hekayəsi – Millət vəkili Tahir Rzayevlə müsahibə
AKTUAL
7284
07.05.2025, 10:52
Azərbaycanın işğaldan azad edilmiş əraziləri – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bu gün yenidən dirçəlir. Bir zamanlar mərmi səslərinin eşidildiyi bu torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Kənd təsərrüfatı isə bu bölgələrin iqtisadi həyatında əsas rolu oynayır.
Uzun illər işğal altında qalan, lakin tarixən pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıqla tanınan ərazilər sürətlə aqrar istehsalata cəlb olunur. Torpaqların minalardan təmizlənməsi, suvarma sistemlərinin qurulması, fermerlərə subsidiyaların verilməsi və müasir texnologiyaların tətbiqi bu sahəni yeni inkişaf mərhələsinə çıxarır.
Bu dirçəliş sadəcə torpağa deyil, eyni zamanda aqrar idarəetmə modelinə də yeni nəfəs verir. Torpaq bölgüsü, investor təşviqləri, rəqəmsallaşma və dövlət dəstəyi artıq təkcə iqtisadi deyil, strateji təhlükəsizlik məsələsi kimi yanaşılır.
Bu aktual mövzuları Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevlə müzakirə etdik.
Oxu24.com həmin müsahibəni təqdim edir:
– Tahir müəllim, Qarabağda kənd təsərrüfatının dirçəldilməsi üçün hansı əsas layihələr həyata keçirilir?
– Hazırda Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı üçün bir sıra əhəmiyyətli layihələr icra olunur. Son illərdə 100 min hektardan artıq sahədə taxıl, qarğıdalı, noxud kimi məhsullar əkilib. Gələcək planlara əsasən, minalardan təmizlənəcək 600 min hektara yaxın ərazi əkin dövriyyəsinə daxil ediləcək.
– Azad edilmiş ərazilərdə torpaq bölgüsü və islahatlar necə aparılır?
– Artıq bəzi sahələr icarəyə verilib. Köç edən ailələr həyətyanı torpaq sahələri ilə təmin olunublar. Tam məskunlaşmadan sonra torpaq islahatları daha geniş miqyasda həyata keçiriləcək.
– Suvarma sistemləri və infrastruktur sahəsində vəziyyət necədir?
– Yeni su anbarları tikilir, çay sularının toplanması ilə bağlı layihələr reallaşdırılır. Yol, elektrik və digər infrastruktur sahələrində ciddi irəliləyişlər var. Bütün bunlar kənd təsərrüfatının davamlı inkişafı üçün əlverişli zəmin yaradır.
– Qarabağda hansı kənd təsərrüfatı sahələri daha perspektivlidir?
– Qarabağ və Şərqi Zəngəzur tarixən aqrar potensialı ilə seçilən bölgələrdir. Hazırda pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq sahələri sürətlə bərpa olunur. Arıçılıq da inkişaf edir və məhsuldarlıq yüksəkdir.
– Sahibkarlar və investorlar üçün hansı stimullaşdırıcı mexanizmlər mövcuddur?
– Dövlət bu bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Xarici investorların marağı artır. Onlara subsidiya, güzəştli kreditlər və vergi imtiyazları təqdim olunur.
Həmçinin oxuyun
– Yerli əhalinin aqrar sahədə hazırlığı necə təşkil edilir?
– Aqrar universitetlərdə tələbələr heyvandarlıq və bitkiçilik sahələrində təlim alırlar. Yeni nəsil kənd təsərrüfatı mütəxəssisləri hazırlanır ki, bu da bölgənin uzunmüddətli inkişafı üçün mühüm amildir.
– Subsidiyaların verilməsində hansı yeniliklər var?
– Ötən il fermer və sahibkarlara 362,5 milyon manatdan artıq subsidiya ödənilib ki, bu da sektorun dinamikasına müsbət təsir göstərir.
– İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı hansı tədbirlər görülür?
– İqlim dəyişiklikləri və ziyanvericilər kənd təsərrüfatına təsir edir. Bu səbəbdən aqrar sığorta sistemi tətbiq edilir və fermerlər risklərə qarşı sığortalanma barədə maarifləndirilir.
– Aqrar sahədə rəqəmsallaşma hansı səviyyədədir?
– Fermerlərin fəaliyyətini asanlaşdırmaq və məhsuldarlığı artırmaq üçün rəqəmsal informasiya sistemləri tətbiq olunur. Bu, idarəetmənin operativliyini və səmərəliliyini yüksəldir.
– Məhsulların ixrac imkanları necə genişləndirilə bilər?
– Yerli məhsullar beynəlxalq bazarlara çıxarılır. Əsas məsələ məhsulun keyfiyyəti və beynəlxalq standartlara uyğunluğudur. Bu, həm ölkəyə valyuta axını yaradır, həm də fermerin gəlirini artırır.
– Fermerlər müasir texnologiyalardan necə faydalanırlar?
– Yeni kənd təsərrüfatı texnikaları ölkəyə gətirilir və fermerlərə güzəştli şərtlərlə təqdim olunur. Bu, həm məhsuldarlığı artırır, həm də əməyə qənaət edir.
Bu gün təkcə Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı dirçəlmir, həm də Azərbaycanın qeyri-neft sektorunda strateji sahələrdən birinə çevrilir. Dövlət dəstəyi, fermer təşəbbüsü və texnoloji yeniliklər sayəsində bu torpaqlarda iqtisadi həyat yenidən canlanır. Bu proses yalnız məhsul istehsalı deyil, həm də milli gücün və qayıdışın simvoludur.
– Əkin və biçin işlərində müasir texnologiyaların tətbiqi hansı səviyyədədir? Fermerlər bu texnologiyalara çıxış imkanına malikdirmi?
– Əlbəttə. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün müasir texnologiyalara əsaslanmaq vacibdir. Yeni texnika və texnologiyalar xaricdən gətirilir, fermerlərə güzəştli şərtlərlə təqdim olunur. Bu texnikalar məhsuldarlığı artırır, əməyə qənaət edir və sahənin gəlirliliyini artırır.
– Tahir müəllim, əhatəli cavablarınıza görə təşəkkür edirik.
– Mən təşəkkür edirəm.
Müsahibəni apardı: Pərvin Şakirqızı
23:43 / 29 İyul 2025
İnsanlar narahatdır: Dənizə girənlər bədəndə yanıq izləri ilə çıxır
19
23:13 / 29 İyul 2025
Qarabağ və Şərqi Zəngəzur son ayda rekord sayda ziyarətçi qəbul etdi - 500 mindən artıq...
26
20:56 / 29 İyul 2025
Rusiyada konsert verməkdən imtina etdi
30
16:22 / 29 İyul 2025
Qaz olmayacaq
97
15:40 / 29 İyul 2025
Prezidentin sərəncamı 160 mindən çox şəxsə şamil ediləcək
1470
15:24 / 29 İyul 2025
Prezident dəyişikliyi TƏSDİQLƏDİ
206
14:45 / 29 İyul 2025
Rusiya müttəfiqlərinin adlarını AÇIQLADI
111
14:25 / 29 İyul 2025
Moldova Rusiyaya bağlı şirkəti qaz təchizatından kənarlaşdırmaq istəyir
76
14:10 / 29 İyul 2025
Kremldən Trampın ultimatumu ilə bağlı AÇIQLAMA
91
14:08 / 29 İyul 2025
Sabahın havası AÇIQLANDI
723
13:57 / 29 İyul 2025
Rus banklarında nə baş verir?
95
13:53 / 29 İyul 2025
FSB terror aktlarına çağıran Nijni Novqorod sakininin həbsinin görüntülərini yayıb
85
13:25 / 29 İyul 2025
Prezident sərəncam imzaladı :Pul AYRILDI
947
13:14 / 29 İyul 2025
Putindən yeni TƏYİNAT
111
13:11 / 29 İyul 2025
NATO gəmisi Baltik dənizində təcrübələr aparır
82
13:07 / 29 İyul 2025
Messinin saatı sərvət dəyərindədir - QİYMƏTİ
134
12:43 / 29 İyul 2025
Kobranı dişləyən uşaq huşunu itirdi
383
12:37 / 29 İyul 2025
Dənizdən meyitləri TAPILDI
696
12:31 / 29 İyul 2025
Apple ilk dəfə Çindəki mağazasını bağlayır
81
12:20 / 29 İyul 2025
Tarif Şurası QƏRAR VERƏCƏK - 1 manatdan artıq olmayacaq
338
12:07 / 29 İyul 2025
Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI
146
11:51 / 29 İyul 2025
Qazaxıstan kömürü Rusiya limanları vasitəsilə Avropaya çıxacaq
91
11:39 / 29 İyul 2025
"Komedixana"nın ulduzları haralıdır? — Təəccüblənəcəksiniz (SİYAHI)
387
11:37 / 29 İyul 2025
Ermənistanda maye qazın qiyməti kəskin bahalaşıb
82
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.