Qaynar xətt:

(+99450) 247 90 86

Cinsi yolla keçən dəhşətli xəstəlik yayılır

TİBB

734

08.12.2023, 15:36

Avropa İttifaqının (Aİ) 27 ölkəsində cinsi yolla ötürülən infeksiyaların (CYBH) qeydə alınması hallarında kəskin artım müşahidə olunub.

 

Oxu24.com xəbər  verir  ki,bu məlumatlar Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Avropa Mərkəzinin (ECDC) hesabatında dərc olunub.

 

Təşkilat qeyd edib ki, ilk növbədə, xlamidiya, qonoreya və venerinin limfoqranuloma (LGV) diaqnostikası hallarında artım müşahidə olunur.

 

Mütəxəssislər deyirlər ki, bu tendensiyanın gələcəkdə ictimai sağlamlıq üçün ciddi fəsadları ola bilər.

 

"Bu artım ECDC tərəfindən əvvəllər bildirilən sifilis hallarının artmasına bənzəyir və Avropada CYBH nisbətlərinin 10 illik artım tendensiyasını göstərir",-deyə qeyd  edilib.

 

Əvvəllər Melburn Cinsi Sağlamlıq Mərkəzindən bir qrup alim gonoreyanın öpüşmə yolu ilə yoluxa biləcəyini aşkar etmişdi.

 

Müəllif: Nigar