Zeytun festivalına sayılı günlər qaldı! - Video
20 Oktyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1440
09.07.2025, 20:04
Milli Məclis məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından "ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının" çıxarılmasını təklif edir. Bəs qanunda nə dəyişəcək?
Hüquqşünas Turan Abdullazadə Metbuat.az-a açıqlamasında bildirib ki, əvvəllər belə bir qayda var idi: əgər bir kişi və qadın rəsmi nikaha girməmişdilərsə, amma faktiki ər-arvad kimi bir yerdə yaşayırdılarsa və onlardan biri vəfat etmişdisə, sağ qalan şəxs məhkəməyə müraciət edərək bu münasibətin tanınmasını istəyə bilərdi. Məhkəmə də baxıb qərar verirdi ki, bunlar faktiki ər-arvad olublar:
“İndi Milli Məclis bu qaydanı qanundan çıxarıb. Yəni artıq belə hallar üzrə məhkəmə qərarı ilə faktiki nikahın tanınması mümkün olmayacaq. Çünki bu qayda, əslində, yalnız 1944-cü ildən əvvəlki dövr üçün nəzərdə tutulmuşdu. Yəni 1944-cü ildən əvvəl kişi və qadın evli olsalar da, nikahı rəsmiləşdirməmişdilərsə, bu qayda onların hüquqlarını qoruyurdu. Ancaq indi artıq 80 ildən çox vaxt keçib. Belə insanlar ya vəfat edib, ya da artıq bu qaydanın onlara bir faydası yoxdur. Yəni bu cür hallar artıq reallıqda olmur”.
T.Abdullazadə qeyd edib ki, məhkəmələr belə işlərə baxmayacaq. Kiminsə ölmüş şəxslə evli olduğunu sübut etmək istəyirsə, artıq bunu məhkəmə yolu ilə edə bilməyəcək. Yalnız rəsmi nikah olan şəxslərin hüquqları tanınacaq.
23:59 / 20 Oktyabr 2026
25
23:35 / 20 Oktyabr 2026
31
23:23 / 20 Oktyabr 2026
50
23:16 / 20 Oktyabr 2026
55
22:54 / 20 Oktyabr 2026
83
22:44 / 20 Oktyabr 2026
72
22:33 / 20 Oktyabr 2026
99
22:22 / 20 Oktyabr 2026
70
22:22 / 20 Oktyabr 2026
76
21:51 / 20 Oktyabr 2026
156
21:47 / 20 Oktyabr 2026
146
21:42 / 20 Oktyabr 2026
85
21:39 / 20 Oktyabr 2026
316
21:33 / 20 Oktyabr 2026
658
21:28 / 20 Oktyabr 2026
84
21:22 / 20 Oktyabr 2026
374
21:17 / 20 Oktyabr 2026
83
21:15 / 20 Oktyabr 2026
82
21:06 / 20 Oktyabr 2026
81
21:03 / 20 Oktyabr 2026
72
21:00 / 20 Oktyabr 2026
69
20:55 / 20 Oktyabr 2026
64
20:50 / 20 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.