Kaliforniyada dəfn edilən sənətçimiz
17 Avqust 2026, 11:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1764
10.07.2025, 10:03
Qadınların pensiya yaşının artırılması nəticəsində dövlət büdcəsinə 720 milyon manata yaxın vəsait qənaət edildiyi bildirilir. Bu məbləğ, təxminən 300 min qadın pensiyaçının 6 ay gec pensiyaya çıxması hesabına formalaşıb. Mütəxəssislər hesab edirlər ki, əldə olunan vəsait pensiyaların artırılmasına yönəldilərsə, sosial ədalət balansı qismən də olsa qoruna bilər.
Bəs qənaət edilən bu vəsait pensiyaçıların aylıq ödənişlərinin artırılmasına yönəldilə bilərmi?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, 300 min qadının minimum 400 manat təqaüd alması nəzərə alındıqda, 720 milyon manata yaxın vəsaitin qənaət olunması ortaya çıxır.
O qeyd edib ki, bu vəsait hazırda pensiya alanlar arasında bölünsə, onların aylıq təqaüdlərində 50–55 manatlıq artım müşahidə oluna bilər:
“Qənaət edilən həmin vəsaitin pensiyaçıların aylıq ödənişlərinə əlavə edilməsi məsələsinə gəlincə, hələlik konkret açıqlama və qərar olmadığı üçün bu, real deyil. Məncə, qənaət edilən vəsaitin birbaşa aylıqlara əlavə olunmasındansa, təyinatına uyğun şəkildə istifadəsi daha məqsədəuyğundur. Əgər belə bir qərar qəbul olunarsa, təqaüdlərə aylıq olaraq 50–55 manat əlavə oluna bilər. Amma real bazar mühitini nəzərə alsaq, qeyd etdiyim rəqəmlər inflyasiyanın və artan qiymətlərin qarşısında çox da effektiv deyil. Bu səbəbdən vəsaitin təyinatı üzrə istifadəsi daha uyğundur”.
İqtisadçı hesab edir ki, qənaət olunan vəsaitin dövriyyəyə buraxılması daha səmərəli ola bilər:
“Fikrimcə, bu vəsait səhiyyə sisteminin inkişafına, dərman və tibbi vasitələrin güzəştli və ya müəyyən həddə qədər pulsuz verilməsinə yönəldilsə, daha məqsədəuyğun olar. Çünki təqaüd alan şəxsin pensiyasına əlavə ediləcək həmin məbləğ onun nə kommunal, nə də səhiyyə xərclərini qarşılayacaq. Üstəlik, bu cür qərarların açıq şəkildə elan edilməsi bazarda süni qiymət artımına səbəb olur. Belə ki, cəmi 0,08 faizlik bir əlavə 30–40 faizədək süni qiymət artımına yol aça bilər. Ona görə də bu vəsaitin təyinatı üzrə istifadəsinin tərəfdarıyam”.
11:47 / 17 Avqust 2026
1
11:45 / 17 Avqust 2026
9
11:40 / 17 Avqust 2026
13
11:35 / 17 Avqust 2026
29
11:27 / 17 Avqust 2026
44
11:27 / 17 Avqust 2026
35
11:23 / 17 Avqust 2026
47
11:13 / 17 Avqust 2026
432
11:11 / 17 Avqust 2026
58
11:05 / 17 Avqust 2026
53
10:53 / 17 Avqust 2026
60
10:44 / 17 Avqust 2026
62
10:27 / 17 Avqust 2026
64
10:15 / 17 Avqust 2026
61
10:06 / 17 Avqust 2026
76
09:50 / 17 Avqust 2026
72
09:43 / 17 Avqust 2026
67
09:33 / 17 Avqust 2026
77
09:28 / 17 Avqust 2026
104
09:13 / 17 Avqust 2026
73
09:08 / 17 Avqust 2026
84
09:03 / 17 Avqust 2026
73
08:51 / 17 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.