Balinalar niyə bu qədər ağıllıdır? – Alimlər bunun əsas səbəblərini açıqlayırlar
16 İyul 2026, 23:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1594
10.07.2025, 13:26
Azərbaycan Prezidenti Torpaq, Mülki Prosessual, Mülki məcəllələrdə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Yeni dəyişikliklərlə son illər daha çox müşahidə edilən mirasla bağlı mülki mübahisələrin və eləcə də məhkəmə işlərinin kəskin azalacağı gözlənilir.
Oxu24.com xəbər verir ki. bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
“Belə ki, son illər dünyasını dəyişmiş şəxsin övladları arasında bir sıra hallarda mirasa, yəni əmlaka və sərvətə sahib olmaqla bağlı mübahisələrin sayında artımlar müşahidə olunurdu. Bəzən bu mübahisələr övladlar arasında nəsil çəkişmələrinə belə səbəb olurdu. Sözügedən bütün qanunverici aktlarda edilən dəyişikliklərə əsasən mirasdan imtina vərəsələrinin mirası qəbul etmədiyi halda deyil, bütün vərəsələrin mirasdan imtina etdiyi halda rəsmilləşəcək. Yəni, vərəsələrdən hər hansı birinin mirasla bağlı iddia irəli sürməməsi heç də onun mirasdan imtinası anlamına gəlməyəcək.
Dəyişikliklər birmənalı şəkildə mirasın qəbulu mexanizminin təkmilləşdirilməsinə xidmət edəcək. Belə ki, əvvəllər mirasın qəbulu ilə qanunvericilikdə olan bir sıra ziddiyyətlər son illər varislər arasında bir sıra mülki mübahisələrin yaranmasına səbəb olmuşdur ki, yeni dəyişikliklər bu problemləri aradan qaldıracaq. Belə ki, əvvəllər miras ilə bağlı vərəsənin susması, yəni mirası qəbul və ya imtina etməməsi onun mirasdan imtina etdiyinə ehtimallar yaradırdı və bu da daha sonradan mübahisələrə səbəb olurdu.
Azərbaycan Prezidentinin təsdiq etdiyi son dəyişikliklər mülkiyyət hüququnun konstitutsion təminatının möhkəmləndirilməsi və mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsinə xidmət edir.
Belə ki, əvvəlki qanunvericiliyə əsasən vərəsələrin heç biri mirası qəbul etmədiyi halda əmlak xəzinəyə keçirilirdi. Təsdiq olunan dəyişikliklərə əsasən isə bütün vərəsələr mirasdan imtina etdiyi halda bu baş verir. Daha sadə dildə izah etsək, dünyasını dəyişən şəxsən mirasına fərqli səbəblərdən vərəsələrdən heç biri iddia etmədikdə bu, mirasdan imtina kimi izah olunurdu. Yeni qaydalara əsasən isə yalnız vərəsələrin mirasdan imtina etdiyi halda bu reallaşır.
Eyni zamanda, mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Varis mirasdan imtina üçün müəyyənləşdirilmiş zaman bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Müraciət daxil olduğu gündən 2 ay müddətində miras siyahıya alınır.
Vacib dəyişikliklərdən biri də vərəsələrin kreditorlar qarşısında öhdəlikləri ilə bağlıdır. Yəni dünyasını dəyişən şəxsın kredit borcları ilə bağlı öhdəlikləri də aydın şəkildə bölüşdürülür. Belə ki, yeni dəyişikliklərə əsasən mirasın siyahısı notarius tərəfindən təsdiq edildikdə varislər miras qoyanın kreditorlar qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
Miras şəriklərinə vərəsəlik şəhadətnaməsinin verilməsi mexanizmləri də təkmilləşdirilib. Belə ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrinin də payı ilə bağlı məlumatları həmin sənəddə qeyd edir. Bu, vərəsədən imtina etməyən, amma şəhadətnamə almaq üçün müraciət etməyən vərəsələrin hüquqlarının qorunması baxımından olduqca vacib dəyişiklikdir.
Bütövlükdə, yeni dəyişikliklərin mirasa sahiblikdə vərəsələrin hüquqlarının yaxından qoruyacağına və mülki mübahisələrin sayının azaldacağına xidmət edəcəyi gözlənilir”, - o bildirib.
23:42 / 16 İyul 2026
27
23:30 / 16 İyul 2026
31
23:28 / 16 İyul 2026
150
23:25 / 16 İyul 2026
33
23:25 / 16 İyul 2026
63
23:19 / 16 İyul 2026
95
23:16 / 16 İyul 2026
41
23:09 / 16 İyul 2026
224
22:41 / 16 İyul 2026
33
22:24 / 16 İyul 2026
52
22:23 / 16 İyul 2026
81
22:06 / 16 İyul 2026
54
21:57 / 16 İyul 2026
70
21:46 / 16 İyul 2026
64
21:42 / 16 İyul 2026
200
21:37 / 16 İyul 2026
175
21:31 / 16 İyul 2026
200
21:27 / 16 İyul 2026
68
21:16 / 16 İyul 2026
65
21:05 / 16 İyul 2026
83
21:03 / 16 İyul 2026
70
20:56 / 16 İyul 2026
101
20:48 / 16 İyul 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.