Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
667
az

Kefirin faydaları

00:1216 Aprel, 2018
2621
TİBB
  • A
Kefir qidalandırıcı içki olub südün qıcqırdılması yolu ilə əldə olunur. Südün qıcqırdılması zamanı süd turşusu bakteriyalarından, çöplərdən, streptokokklardan, mayadan və ya 16 cür qıcqırma əmələ gətirən maddələrdən istifadə edilir. Kefir hazırlamaq üçün bir litr südə 107 qramdan az miqdarda maya istifadə eilməməlidir.
Kefir ağ rəngdə, turşumuş süd dadına malik dada sahibdir. Ondan ən çox slavyan ölkələrinin əhalisi istifadə edir. Balkan ölkələri, Finlandiya, İsrail, Polşa, yaxın Şərq ölkələrində və Amerikada kefirdən daha çox istifadə edilir.
Oxu2.com immunitet.az-a istinadən bildirir ki, kefir ilk dəfə dağlıq bölgələrdə yaşayan qaraçılar və balkan xalqları tərəfindən hazırlanmışdır. İçkinin bütün dünyaya yayılması 1867-ci ildən başlanıb. O zamanlar kefirin hazırlanma qaydasını bilən dağ adamları onu hamıdan gizli saxlayıblar. Kefirin hazırlanması və kütləvi surətdə satılması aşağıddakı hadisə ilə bağlıdır.
1906-cı ildə gənc qız olan və süd məhsulları üzrə təhsil alan İrina Saxarova kefirin reseptini öyrənmək üçün dağ kəndinə gedir. Kənddə yaşayan oğlanlardan biri onu qaçırır. Qız onu məhkəməyə şikayət etməməyin müqabilində kefirin reseptini istəyir və alır. 1913-cü ildən başlayaraq isə Moskvada onun kütləvi surətdə istehsalına başlanılır.
Kefirin bir neçə növü var.
* yağsız kefir(tərkibində yağın miqdarı 0,01%-1% olan)
* klassik kefir( tərkibində yağın miqdarı 2,5% olan)
* yağlı kefir( tərkibində yağın miqdarı 3,2% olan)
* qaymaqlı kefir(tərkibində yağın miqdarı 6% olan)
Tərkibində meyvə və giləmeyvələr olan kefirdə A, C, E vitaminləri olur. Kefirin tərkibində olan bifidobakteriyalar orqanizm üçün çox faydalıdır.
Kefirin tərkibində çoxlu miqdarda A, E, H, C, D, PP, B qrup vitaminləri, dəmir, sink, kalium, kalsium, natrium, fosfor, gümüş, xlor, marqans, ftor, molibden, yod, selen, kolbat, xrom və s. mikroelementlər var. Onun tərkibi amin turşular və süd turşusu bakteriyaları ilə zəngindir.
Kefir orqanizm tərəfindən asan sorulan içkilərdəndir. Onun orqanizmə faydası çox böyükdür. Kefir mədə divarlarından qısa bir zamanda sorulur və tərkibindəkilər orqanizmə faydasını tez göstərir. Kefirin tərkibində çoxlu miqdarda probiotiklər var. Bunlar bağırsağın mikroflorasını yaxşılaşdırır, maddələr mübadiləsini normallaşdırır, bağırsaq fəaliyyətini qaydaya salır. Kefirin tərkibində olan bakteriya və mikroorqanizmlər orqanizmin bütün funksiyalarına müsbət təsir edir. Kefir mədə-bağırsaq, qaraciyər, böyrək, öd kisəsi, mədəaltı vəzi, vərəm, yuxu pozğunluğu, xroniki yorğunluq, immunitet zəifliyinin müalicə və profilaktikasında istifadə edilir. O əməliyyatlardan və ağır xəstəliklərdən sonra orqanizmin gücünün bərpa olunmasına səbəb olur.
Dietoloqlar artıq çəkinən xilas olmaq istəyənlərə maddələr mübadiləsini yaxşılaşdırmaq üçün yağsız kefir yeməyi məsləhət bilir.
Saxlanma müddətindən asılı olaraq kefir orqanizmə müxtəlif təsirləri bağışlayır. Təzə kefir içmək bağırsaqların yumşalmasına səbəb olur. Üç gün saxlanılan kefir isə bağırsaqların möhkəmləndirir. Həkimlər mədə şirəsinin azaldığı zamanlarda, karbohidrat mübadiləsinin pozğunluğunda, anadangəlmə laktozun sorulması problemləri olduğu zamanlarda xəstələrə kefir içməyi məsləhət görür.
Dəriyə və saçlara kefir maskası etmək çox faydalıdır.
Kulinariyada kefirdən müxtəlif şirniyyatların hazırlanması zamanı istifadə edilir.
Kefirin zərərli xüsusiyyətləri
Həddindən çox kefir yemək mədə turşuluğunun artmasına səbəb olur. Pankreatit, mədə-bağırsaq yaraları, qastrit, xroniki diareya zamanı kefir yemək məsləhət görülmür. 8 ayına qədər olan uşaqlara kefir içmək məsləhət görülmür. 3 yaşına qədər uşaqlara isə çoxlu miqdarda(1 litr və çox) kefir yemək məsləhət görülmür. Bu raxitin əmələ gəlməsinə, sümüklərin kövrəkləşməsinə və sümüklərin əyilməsinə səbəb olur. Mütəxəssislər gün ərzində 400-500 ml-dən çox kefir içməyi məsləhət bilmirlər.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu