Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
25 Oktyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
242
05.10.2026, 00:32
Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutmasından 6 il ötür.
Oxu24.com -un məlumatına görə, Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin gedişində - oktyabrın 5-də Bərdə şəhərini atəşə tutub. Bərdənin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Vətən müharibəsinin gedişində Bərdə rayonu ümumilikdə 5 dəfə Ermənistanın atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.
2020-ci il oktyabrın 5-də Ermənistan Gəncə şəhərini də atəşə tutub. Səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə atılan raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” adlandırılan əraziyə və Mərkəzi bazara düşüb.
Nəticədə 3 mülki şəxs yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Vətən müharibəsi dövründə Gəncə ümumilikdə 5 dəfə Ermənistanın terror hücumuna məruz qalıb. Şəhər 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya atəşinə tutulub.
Bu dəhşətli terrorlar nəticəsində Gəncədə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
5 oktyabr 2020-ci ildə Bərdə, Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl və Tərtər rayonları da atəşə məruz qalıb.
Ermənistan Cenevrə Konvensiyasının tələbləri pozaraq dinc əhalini atəşə tutmaqla növbəti müharibə cinayəti törədib.
Ümumilikdə, Vətən müharibəsinin gedişində Ermənistan Gəncə və Bərdə ilə yanaşı, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonları da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.
Ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
16:35 / 25 Oktyabr 2026
2
16:05 / 25 Oktyabr 2026
51
15:37 / 25 Oktyabr 2026
223
15:34 / 25 Oktyabr 2026
62
15:19 / 25 Oktyabr 2026
74
15:08 / 25 Oktyabr 2026
100
15:05 / 25 Oktyabr 2026
78
14:36 / 25 Oktyabr 2026
77
14:15 / 25 Oktyabr 2026
523
14:00 / 25 Oktyabr 2026
187
13:50 / 25 Oktyabr 2026
251
13:50 / 25 Oktyabr 2026
69
13:35 / 25 Oktyabr 2026
135
13:18 / 25 Oktyabr 2026
1187
13:05 / 25 Oktyabr 2026
78
12:44 / 25 Oktyabr 2026
580
11:19 / 25 Oktyabr 2026
92
10:45 / 25 Oktyabr 2026
134
10:34 / 25 Oktyabr 2026
960
07:01 / 25 Oktyabr 2026
267
23:16 / 24 Oktyabr 2026
280
22:52 / 24 Oktyabr 2026
292
22:34 / 24 Oktyabr 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.