Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
323
04.10.2026, 22:15
Oktyabrın 4-dən 5-nə keçən gecə Yer Günəşlə Saturn arasında yerləşəcək. Bu astronomik hadisə zamanı Saturn Yerə ən yaxın məsafədə olacaq və gecə səmasında daha parlaq görünəcək.
Oxu24.com Oxu.az-a istinadən xəbər verir ki, Saturnun qarşıdurması (oppozisiyası) Bakı vaxtı ilə 5 oktyabr, saat 04:00-da baş verəcək. Bu zaman Yer Günəşlə Saturnun arasından keçəcək və Saturn səmanın Günəşə əks tərəfində yerləşəcək.
Hadisə nəticəsində Saturn Günəş batarkən şərqdə görünəcək, gecə yarısı səmada ən yüksək nöqtəsinə çatacaq və səhər Günəş doğarkən qərbdə olacaq. Beləliklə, halqalı planet bütün gecə müşahidə edilə biləcək.
Saturn qarşıdurma zamanı Yerə təxminən 1.26 milyard kilometr məsafədə olacaq. Planet 0.3 ulduz ölçüsü ilə 2026-cı ilin ən parlaq vəziyyətinə çatacaq və adi gözlə də seçiləcək.
Astronomların bildirdiyinə görə, Saturnu gün batdıqdan sonra şərq səmasında axtarmaq mümkündür. Planet hazırda ən parlaq ulduzlardan belə daha parlaq görünür. Kiçik teleskop vasitəsilə isə onun halqalarını müşahidə etmək mümkündür.
Saturnun qarşıdurması hər il təxminən iki həftə gec baş verir. 2024-cü ildə bu hadisə sentyabrın 8-də, 2025-ci ildə sentyabrın 21-də baş verib. Növbəti qarşıdurma isə 2027-ci il oktyabrın 18-də olacaq.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.