Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
401
04.10.2026, 17:50
İşçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılmaqla, ona Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaq şərti ilə orta əməkhaqqı da ödənilir.
Oxu24.com-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, sonuncu əməkhaqqı dedikdə, işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əməkhaqqı nəzərdə tutulur.
Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
(Əgər məzuniyyətin verildiyi aydan əvvəlki aylarda işçi qismən ödənişli sosial məzuniyyətdə və ya öz təşəbbüsü olmadan ödənişsiz məzuniyyətdə olubsa, yaxud onun təqsiri olmadan boşdayanma səbəblərindən işləməyibsə və ya tam işləməyibsə, bu zaman həmin aylar yaxın dövrdəki tam işlənilən təqvim ayları ilə əvəz olunur.)
Məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əməkhaqqı isə həmin ayların əməkhaqqının cəmlənmiş məbləğinin 12-yə bölünməsi ilə müəyyən edilir.
Alınmış məbləğin ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölünməsi yolu ilə bir günlük əməkhaqqı hesablanır. Daha sonra bu məbləğ məzuniyyət günlərinin sayına vurulur.
Bu zaman alınan məzuniyyət haqqının məbləği həmin məzuniyyət günlərinin təsadüf etdiyi iş günləri üzrə əməkhaqqı məbləği ilə müqayisə edilir.
Nəticədə alınan məbləğ işçinin sonuncu əməkhaqqından çox olduqda da məzuniyyət haqqı kimi işçiyə ödənilir, az olduqda isə işçinin sonuncu əməkhaqqına çatdırılaraq ona ödənilir.
23:28 / 13 Noyabr 2026
13
23:22 / 13 Noyabr 2026
32
23:17 / 13 Noyabr 2026
43
23:09 / 13 Noyabr 2026
54
23:05 / 13 Noyabr 2026
59
23:02 / 13 Noyabr 2026
64
22:53 / 13 Noyabr 2026
75
22:49 / 13 Noyabr 2026
72
22:41 / 13 Noyabr 2026
72
22:36 / 13 Noyabr 2026
84
22:18 / 13 Noyabr 2026
80
22:13 / 13 Noyabr 2026
83
22:03 / 13 Noyabr 2026
427
21:43 / 13 Noyabr 2026
818
21:36 / 13 Noyabr 2026
95
21:29 / 13 Noyabr 2026
121
21:24 / 13 Noyabr 2026
97
21:03 / 13 Noyabr 2026
106
20:58 / 13 Noyabr 2026
117
20:50 / 13 Noyabr 2026
1136
20:41 / 13 Noyabr 2026
143
20:37 / 13 Noyabr 2026
115
20:35 / 13 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.