Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
313
04.10.2026, 20:53
Alimlərin yeni ehtimalı yerdənkənar Yerdənkənarn çoxlarının düşündüyündən daha yaxın məsafədə — məhz bizim Günəş sistemimizdə inkişaf edə biləcəyini istisna etmir.
Oxu24.com xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Tədqiqatçılar uzun müddətdir Saturnun peyklərindən biri olan Enselada xüsusi maraq göstərirlər. Hesab olunur ki, bu peyk yerdənkənar həyat üçün əlverişli şəraitin mövcud olduğu azsaylı yerlərdən biridir.
Yeni araşdırmalar bəzi orqanizmlərin həqiqətən də orada yaşaya biləcəyini göstərib. Bu isə Enseladın həyat üçün əvvəl ehtimal ediləndən daha əlverişli məkan ola biləcəyinə işarə edir.
Bu göy cismi Saturnun 293 peykindən biridir. Məlumdur ki, burada son dərəcə soyuq şərait hökm sürür və oksigen azdır. Lakin tədqiqatçıların fikrincə, buz qabığının altında nəhəng okean yerləşə bilər. Məhz həmin okean Günəş sistemində həyatın mövcudluğunu dəstəkləyə biləcək məkan ola bilər.
Yeni araşdırmada müəyyən orqanizmlərin bu okeanda necə sağ qala biləcəyini öyrənmək üçün təcrübə aparılıb. Alimlər laboratoriyada okeanın dibində mövcud olduğu ehtimal edilən şəraiti modelləşdiriblər. Məlum olub ki, arxeylər kimi mikroorqanizmlər belə şəraitdə həyata uyğunlaşa biliblər.
Araşdırmanın aparıcı müəllifi Vanesa Helmbrext bildirib:
“Enselad yerdənkənar həyatın axtarışı üçün ən perspektivli məkanlardan biri hesab olunur. Təcrübələr göstərir ki, onun unikal geokimyası mikrob həyatı üçün əvvəllər ehtimal etdiyimizdən daha əlverişli şərait yarada bilər.”
Tədqiqatçılar vurğulayıblar ki, bu araşdırma Saturnun peykində həyatın mövcudluğunu sübut etmir. Bununla belə, nəticələr göstərir ki, belə şəraitdə canlı orqanizmlərə rast gəlmək mümkündür.
Bunun həqiqətən belə olub-olmadığını yaxın gələcəkdə Avropa Kosmik Agentliyi yoxlaya bilər. Agentlik Enselada zond göndərməyi və onun okeanından nümunələr götürərək araşdırmağı planlaşdırır. L4 adlı missiyanın 2042-ci ildə həyata keçirilməsi gözlənilir.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.