Şəkərli diabet xəstələri ayaqlarına necə qulluq etməlidir? – Endokrinoloqdan 5 tövsiyə
09 Noyabr 2026, 14:42
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
590
25.11.2021, 12:59
Bağırsaq xəstəlikləri, xüsusən də enterokolit olan insanlar qida rasionundan kələmi çıxarmalıdır. Bu barədə rusiyalı endokrinoloq və dietoloq Tatyana Boçarova xəbərdarlıq edib.
Onun sözlərinə görə, kələmdəki lif şişkinlik və köpə səbəb olur, həmçinin xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Həkim bildirib ki, qaba lif kələmi çətin həzm olunan qidaya çevirir. O bildirib ki, bu tərəvəz xüsusilə mədə-bağırsaq əməliyyatı keçirənlər üçün zərərlidir. Belə insanlarda orqanizm bərpa olunur.
Həmçinin, iki yaşa qədər kiçik uşaqlar üçün kələmdən imtina etmək daha yaxşıdır.
Boçarova kələmin pankreatit üçün də zərərli olduğuna diqqət çəkib. Belə bir xəstəliyi olan insanlar üçün bu tərəvəzi yemək mümkündürsə, onda yalnız qaynadılmış və ya bişmiş (gündə 100 qramdan çox olmamaq şərti ilə) halda istifadəyə icazə verilir.
Bununla belə, miqdarında istifadə olunarsa, xüsusilə də “C” vitamini ilə zəngin olan kələm çox faydalı tərəvəzlərdən biridir. “C” vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştah artırır, həmçinin təbii antioksidantdır və orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.
Kələmin tərkibindəki nadir “U” vitamini isə selikli qişalarda olan zədələnmələri bərpa edir.
Bundan əlavə bu faydalı tərəvəz “K”, “PP”, “B” qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir.
Təzə kələm (misal üçün, kələm salatları) qəbizliklə mübarizədə ən yaxşı və sınanmış vasitələrdən biridir. Bu tərəvəz orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir. Həmçinin yodla zəngindir; Bu mikroelement beyinin və qalxanavari vəzin normal fəaliyyəti üçün olduqca vacibdir.
Kələm müxtəlif dəri xəstəlikləri, artrit, podaqra zamanı köməkçi müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün kələm yarpağını zədələnmiş dəriyə və ya oynağa kompres şəklində qoyurlar.
Bu tərəvəz kosmetologiyada da geniş istifadə olunur. Ondan hazırlanan maskalar üz dərisinə çox müsbət təsir edir - dərini cavanlaşdırır, ağardır, daha elastik edir. /oxu.az/
15:13 / 09 Noyabr 2026
1
15:05 / 09 Noyabr 2026
41
15:00 / 09 Noyabr 2026
50
14:58 / 09 Noyabr 2026
47
14:55 / 09 Noyabr 2026
60
14:42 / 09 Noyabr 2026
68
14:37 / 09 Noyabr 2026
67
14:29 / 09 Noyabr 2026
182
14:22 / 09 Noyabr 2026
175
14:17 / 09 Noyabr 2026
90
14:06 / 09 Noyabr 2026
884
14:04 / 09 Noyabr 2026
112
13:44 / 09 Noyabr 2026
739
13:21 / 09 Noyabr 2026
127
13:11 / 09 Noyabr 2026
343
12:57 / 09 Noyabr 2026
1664
12:55 / 09 Noyabr 2026
123
12:40 / 09 Noyabr 2026
230
12:27 / 09 Noyabr 2026
188
12:15 / 09 Noyabr 2026
352
12:03 / 09 Noyabr 2026
1369
11:56 / 09 Noyabr 2026
137
11:56 / 09 Noyabr 2026
282
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.