Qaynar xətt:

(+99450) 247 90 86

Öd kisəsi ilə bağlı AÇIQLAMA

Öd kisəsi ilə bağlı AÇIQLAMA

TİBB

31

06.11.2026, 23:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Öd kisəsində daş varsa da, ağrı hiss edilmir.Bu o deməkdir ki, təhlükə də yoxdur?

Mövzu ilə bağlı qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev Oxu24.com-a açıqlamasında bildirib ki,şikayət yaratmayan öd daşları bəzi hallarda müalicə olunmadan həkim nəzarətində saxlanılır. Bu zaman həkim xəstənin şikayətlərini, USM nəticələrini qiymətləndirir və ehtiyac olduqda təkrar müayinələrlə izləyir. Çünki simptomsuz daşların böyük hissəsində müalicəyə ehtiyac olmur.

"Lakin daşlar ağrı verməsə də, öd yollarını tuta, öd kisəsinin və ya mədəaltı vəzinin iltihabına səbəb ola bilər.

Bu səbəbdən, müalicə qərarı daşın ölçüsü və sayı, öd kisəsinin vəziyyəti, öd yollarında daş olub-olmaması və digər risk faktorları nəzərə alınaraq fərdi şəkildə verilir.Yəni ağrının olmamağı bütün hallarda müalicəyə ehtiyac olmadığı anlamına gəlmir. Əsas məsələ həkim nəzarətində olmaq və riskləri düzgün qiymətləndirərək uyğun yanaşmanı seçməkdir",-deyə həkim bildirib.

Nigar