Yüksək təzyiqə qarşı inqilabi kəşf
09 Noyabr 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
934
25.11.2021, 11:51
Beyin oksigen və qlükoza ilə çalışan orqandır. Onu qidalandıran damarlardır, damarları isə ürəyin işi tənzimləyir. Beyin boyunda olan onurğa arteriyaları ilə qanla təchiz edilir.
Oxu24.com xəbər verir ki, rusiyalı həkim Şişonun boyunda baş verən onurğa dəyişikliklərinin ürəyə və beyinə təsirini açıqlayıb.
Ostexondrozda fəqərələrin yerdəyişməsi baş verir, disklər qığırdaqlar dağılmağa başlayır, onurğanı və başı tutan əzələ və bağlar da zədələnir.
Nəticədə onurğa arteriyası əyilir, sıxılıq, beynin damar mərkəzinə qan axını zəifləyir, oksigen çatışmazlığı baş verir.
Bu zaman beyin ürəyə əmr siqnalı göndərir ki, təzyiqi qaldırsın, bu zaman heç olmasa qan normal şəkildə yuxarı, başa irəliləyir.
İşemiya baş verməsin deyə ürək və beyin fövqəladə rejimdə işləməyə başlayır.
Beləliklə, boyun ostexondrozu həm beynin, həm ürəyin işini pozur.
Ürək yüksək tezliklə işləyir, ritmi artır, çox yığılıb açılır, təzyiq qalxır, bütün orqanlar yüklənir, ürək əzələsinin ömrü qısalır.
İllərlə davam edən belə vəziyyət ürəyi gücdən salır.
Boyun ostexondrozu müalicə olunub, arteriyalar azad olunsa, ürəyin də işi normallaşır, təzyiq düşür. Manual prosedurlardan sonra xəstələrin sanki üzərlərindən ağır daş qalxması kimi yüngül hiss buna görədir.
Çox zaman insanlar başını, beynini, ürəyini yoxladır, xəstə olduğunu düşünür, qutu-qutu dərman içir, amma sakitləşmir. Çünki beynin vəziyyəti normallaşmayıb, qan dövranı zəifdir. Ona görə ilk növbədə beyini təchiz etmək, sakitləşdirnək lazımdır.
Ona görə də əgər sizə boyun ostexondrozu diaqnozu qoyulubsa, mütləq ürəyinizi düşünün. Çünki o xəstəliyə doğru gedir.(medicina.z)
15:23 / 09 Noyabr 2026
4
15:13 / 09 Noyabr 2026
40
15:05 / 09 Noyabr 2026
134
15:00 / 09 Noyabr 2026
80
14:58 / 09 Noyabr 2026
69
14:55 / 09 Noyabr 2026
81
14:42 / 09 Noyabr 2026
72
14:37 / 09 Noyabr 2026
75
14:29 / 09 Noyabr 2026
206
14:22 / 09 Noyabr 2026
190
14:17 / 09 Noyabr 2026
95
14:06 / 09 Noyabr 2026
957
14:04 / 09 Noyabr 2026
116
13:44 / 09 Noyabr 2026
776
13:21 / 09 Noyabr 2026
129
13:11 / 09 Noyabr 2026
352
12:57 / 09 Noyabr 2026
1746
12:55 / 09 Noyabr 2026
127
12:40 / 09 Noyabr 2026
236
12:27 / 09 Noyabr 2026
190
12:15 / 09 Noyabr 2026
358
12:03 / 09 Noyabr 2026
1395
11:56 / 09 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.