Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
545
az

Öd daşı nə zaman yaranır? – Həkimdən məsləhətlər

22:3012 Aprel, 2018
1226
TİBB
  • A
 Insan orqanının fəaliyəti üçün öd əsas orqanlar sırasındadır.

Son zamanlar yanlış qidalanma, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması öd xəstəliklərinin sayının artmasına səbəb olub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir. Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.

Bəs öd durğunluğunun yaranma səbəbləri nədir?

Balanslaşdırılmamış qidalanma - qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;

Hipodinamiya - az hərəkətli həyat tərzi, oturaq iş rejimi;

Bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;

Hamiləlik - dölün öd kisəsini sıxması;

Metabolik xəstəliklər - piylənmə, şəkərli diabet və ateroskleroz;

Öd axımının qarşısını alan mexaniki maneələr - öd daşı və ya opistorxoz.

Mövzu ilə bağlı açıqlama verən qastroenteroloq-terapevt Mətanət Cəfərova öd xəstəliklərindən qorunmağın qızıl qaydalarından bəhs edib.
Onun sözlərinə görə, burada əsas məsələ az-az, tez-tez yeməkdir:

"Ödə diqqət yetirilməyəndə bir sıra xəstəliklər eləcə də çöküntü, daha sonra isə öd daşları yaranır.

Bunun üçün hər qidalanma zamanı yeməyin miqdarı az olmalıdır. Hər 3-4 saatdan bir qida qəbul etmək lazımdır.

Bu necə baş verir?

Əsas 3 dəfə yemək lazımdır - səhər, gunorta, axşam. 2 dəfə ara yemək qəbul edilməlidir.

Ara yemək deyəndə yüngül qidalar nəzərdə tutulur. Bu, meyvə, yoqurt, qatıq ola bilər".

M. Cəfərova qida qəbulundan dərhal sonra çay içməyin də yanlış addım olduğunu qeyd edib.

"Yeməkdən 2 saat sonraya qədər çay içilməməlidir. Çünki qidadan sonra qəbul edilən çay öd durğunluğunu yaradan əsas amillərdən biridir.
Qida qəbulları arasında fasilələr nə qədər uzun olarsa, bir o qədər öd durğunluğu formalaşır. Bununla da çöküntü, öd daşı yarana bilər.
Çöküntü nəzarətdə saxlanılmazsa, öd daşına çevrilə bilər.

Biz xəstələrə  öd durğunluğunu, çöküntünü aradan qaldıran dərmanlar təyin edirik", - deyə Cəfərova vurğulayıb.

Oxu24.com Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü