Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
523
az

5 yaşa qədər uşaqlarda revmatizm olmur - Pediatrdan valideynlərə çağırış

23:4811 Aprel, 2018
1238
TİBB
  • A
Son zamanlar hər oynağı, dizi, sümüyü ağrıyan uşaqda revmasınaq analizi etdirən, revmatizm axtaran valideynlər hələ də körpələrin revmatizm olmadığını bilmir.

Üstəlik bəzi həkimlər də əsassız olaraq "yəqin revmatizmi var" düşünüb diaqnoz qoyması həkimlər arasında da fikir ayrılığı yaradıb. Bu xəstəlik təkcə C-reaktiv zülal analizi ilə qoyulmur.

Oxu.24com medicina.az-a istinadən pediatr Tərlan Eyyubovun valideynlərə bu mövzuda çağırışını təqdim edir:

"Son zamanlar yanıma gələn pasiyentlərdə əsassız yerə qoyulan revmatizm diaqnozunu görüb, dəhşətə gəlməmək mümkün deyil. Hər bir valideyn bunları bilməlidir:

1. Hər oynaq, sümük ağrısı revmatizm deyil. 4-12 yaşlı uşaqlarda intensiv boy artma dövrü olduğundan diz oynaqlarında, baldırda, pəncədə ağrı müşahidə oluna bilər.

2. 0-5 yaşlı uşaqlarda revmatizm olmur. Revmatizm üçün xarakterik yaş həddi 5-15 yaşdır.

3. Revmatizm klinik diaqnozdur, laborator deyil. Bu xəstəliyin diaqnozu həkim müayinəsi zamanı müəyyən bir çox əlamətlər toplusu ilə qoyulur.

4. Revmatizm yalnız qan analizi verilərək qoyulan diaqnoz deyil. C reaktiv zülal, revmatoid faktor, ASO kimi analizlərin nəticəsi dərimizdə sızanaq, kəsik olduqda, dişlərimizdə və ya hər hansı orqanda iltihab prosesi olduqda da yüksək çıxır.

Ona görə hər oynaq ağrısına görə qan analizi verib, revmatizmdən şübhələnmək absurddur Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu