Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI
17 Noyabr 2026, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1480
04.07.2020, 13:38
“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinə yeni doğulanlarla yanaşı, COVID-19 aşkar edilən hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən də yeni doğulan körpələr xüsusi nəzarət altındadır”.
Oxu24.com “Report”a istinadla xəbər verir ki, bunu şöbənin müdiri Aygün Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, körpələrdə hansı testlərin aparılması və metodların tətbiqi və s. ilə bağlı həkimlər təlimatlandırılıb: “COVID-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbədə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. 4-nün klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub”.
A.Rüstəmxanlı qeyd edib ki, klinikada dünyaya gələn 12 körpənin heç birində koronavirus infeksiyasına yoluxma halı aşkar olunmayıb: “Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVID-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçib”.
Mütəxəssis eyni zamanda vurğulayıb ki, qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir: “Körpə eyni zamanda doğuş zalından mümkün qədər tez xaric edilməlidir. Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aparılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və körpəni başqa otağa aparırlar. Həmin an körpədən COVID-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur.
Körpənin ana ilə təması vacib şərtlərdən hesab olunduğundan, qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaratmağa çalışırıq. Ailəyə infeksiya və yoluxma yolları, bu infeksiyanın süd vasitəsi ilə keçmədiyi barədə məlumat verilir. Ananın psixoloji durumu yol verirsə və özü razıdırsa, neytral zonda qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaradırıq. Maska taxmış ana uşağını qucağına alır və əmizdirir. Təmas yaratmaq istəməyən anaların körpələri isə sağılmış südlə qidalandırılır və onlarla görüntülü təmas yaradırıq”.
22:08 / 17 Noyabr 2026
39
21:51 / 17 Noyabr 2026
55
21:38 / 17 Noyabr 2026
62
21:20 / 17 Noyabr 2026
68
21:11 / 17 Noyabr 2026
80
20:45 / 17 Noyabr 2026
82
20:39 / 17 Noyabr 2026
109
20:23 / 17 Noyabr 2026
101
20:12 / 17 Noyabr 2026
107
19:59 / 17 Noyabr 2026
115
19:51 / 17 Noyabr 2026
116
19:40 / 17 Noyabr 2026
200
19:39 / 17 Noyabr 2026
108
19:28 / 17 Noyabr 2026
799
19:21 / 17 Noyabr 2026
113
19:14 / 17 Noyabr 2026
120
19:09 / 17 Noyabr 2026
118
19:06 / 17 Noyabr 2026
285
18:57 / 17 Noyabr 2026
131
18:55 / 17 Noyabr 2026
130
18:50 / 17 Noyabr 2026
161
18:40 / 17 Noyabr 2026
538
18:38 / 17 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.