Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34536
az

Koronavirusun yeni təhlükəli xüsusiyyəti məlum oldu

09:1704 İyul, 2020
703
TİBB
  • A
Şri-Lanka Milli Xəstəxanasının həkimləri SARS-CoV-2 koronavirusunun endokrin pozuntulara səbəb ola və bu cür problemləri olan xəstələrin vəziyyətini pisləşdirə biləcəyini müəyyən ediblər. “EurekAlert” məlumat verir ki, mütəxəssislər 2003-cü ildə atipik pnevmoniyanın yayılmasına səbəb olan SARS-CoV-1 virusuna yoluxmuş insanların sağlamlıq vəziyyətlərini araşdırıblar. Xəstəlikdən sonra bir çox pasiyentdə yorğunluqla xarakterizə olunan postviral sindrom inkişaf edib. Bu, kifayət qədər kortizol istehsal etməyən adrenal funksiyanın pozulmasına görə ola bilər. Öz növbəsində bunun səbəbi adrenal funksiyanı tənzimləyən hipofizin fəaliyyətinin pozulması ilə bağlı ola bilər. Bir il ərzində xəstələr tamamilə normal vəziyyətə qayıdıblar. Yeni koronavirusun patogen xüsusiyyətləri onun bir çox toxumalarda, o cümlədən endokrin sistemdə aktiv olan insan hüceyrə reseptoru ACE2-yə bağlanması ilə izah olunur. O, hüceyrələri yoluxdurur, hormon istehsalının pozulmasına səbəb olur. Alimlərin fikrincə, kortizol çatışmazlığını test etmək və steroidlə xəstələri müalicə etmək COVID-19-la mübarizə üçün həyati vacib strategiya ola bilər. Deksametazon steroidi ilə müalicə olunan COVID-19 xəstələrində ölüm hallarının azalması artıq məlumdur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var