Qaynar xətt:

(+99450) 247 90 86

Ev şəraitində müalicə olunan xəstələr dərmanla təmin ediləcək?

Ev şəraitində müalicə olunan xəstələr dərmanla təmin ediləcək?

TİBB

728

03.07.2020, 19:45

"Ev şəraitində müalicə olunan xəstələrin dərman vasitələrilə təmin edilməsinə başlanıb".

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, hazırda COVİD -19-a yoluxan və ev şəraitində müalicə olunan xəstələrə dərman preparatları çatdırılır.

Qeyd edək ki, COVİD-19-a yoluxan yüngül simptomlu xəstələr yaşayış yerlərini tərk etmədən ev şəraitində müalicə olunur. Həmin xəstələr ərazi poliklinikaları tərəfindən nəzarətə götürülür və mütəmadi müalicə olunur.