“Polikistoz yumurtalıq sindromu” termini nədir?
13 May 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
650
29.06.2020, 17:29
Koronavirusun aşkarlanması üçün 3 testdən - ekspress, immunoferment və polimeraz zəncirvari reaksiyadan istifadə edilir. Təəssüf ki, bəzən ekspress testlər nəticəni düzgün göstərmir.
Oxu24.com xəbər verir ki, bunu Axar.az-a testlərin keyfiyyəti barədə danışan professor Adil Qeybulla deyib. O bildirib ki, ən dəqiq cavabı polimeraz zəncirvari reaksiya vasitəsi ilə əldə etmək mümkündür:
“Polimeraz zəncirvari reaksiyanın spesfikliyi, dəqiqliyi və həsasslığı 95 faizin üzərindədir. Bəzən xəstədə buzlu şüşə sindromu, halsızlıq, öskürək, qızdırma, təngnəfəslik və bütün kliniki əlamətlər olduğu halda, ekspress test neqativ göstərir. Həmçinin bəzən xəstədə heç bir əlamət olmur, amma test pozitiv göstərir. Bu cür situasiyalar yaşanır”.
Ekspert onu da bildirib ki, immunoferment və polimeraz zəncirvari reaksiya testlərinin cavabı bir neçə gün ərzində çıxa bilər:
“Testlərin cavabının 3-4 gün ərzində deyilməsi çox güman ki, immunoferment və polimeraz zəncirvari reaksiya ilə bağlıdır. Ekspress testlərin nəticəsi isə bir neçə dəqiqəyə hazır olur”.
A.Qeybulla onu da bildirib ki, virusun simptomları olmayan koronaviruslu xəstələri müəyyənləşdirmək üçün testləşdirilmənin sayı artırılmalıdır: “Simptomu olmayan xəstələr, o cümlədən uşaqlar təhlükəlidir. Çünki onlar özləri də bilmədən infeksiyanı yayırlar. Ailədə bir nəfər şübhəli varsa, digərlərinin də test olunması məqsədəuyğundur. Bu situasiyada dünya təcrübəsindən istifadə edilməlidir. Təcrübəyə əsasən kütləvi testləşmə mümkün qədər çox aparılmalıdır. Ən azı Bakı və Abşeronda etibarlı testlərdən istifadə edilməklə bunun aparılması zəruridir”.
23:36 / 13 May 2026
7
23:05 / 13 May 2026
243
23:05 / 13 May 2026
44
23:03 / 13 May 2026
40
23:00 / 13 May 2026
34
22:57 / 13 May 2026
37
22:55 / 13 May 2026
36
22:53 / 13 May 2026
33
22:38 / 13 May 2026
51
22:05 / 13 May 2026
60
21:30 / 13 May 2026
80
21:29 / 13 May 2026
95
21:22 / 13 May 2026
71
21:16 / 13 May 2026
69
21:15 / 13 May 2026
77
21:10 / 13 May 2026
67
21:09 / 13 May 2026
95
21:04 / 13 May 2026
63
20:58 / 13 May 2026
751
20:42 / 13 May 2026
82
20:32 / 13 May 2026
89
20:19 / 13 May 2026
105
20:03 / 13 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.