Qaynar xətt:

(+99450) 247 90 86

Bu əlamətlər sizdə varsa, xərçəng ola bilərsiz - Diqqətli OLUN

Bu əlamətlər sizdə varsa, xərçəng ola bilərsiz - Diqqətli OLUN

TİBB

858

27.06.2020, 19:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Cancer Research UK” (CRUK) adlı ingilis xərçəng araşdırma institutunun alimləri onkoloji bir xəstəliyə işarə edə biləcək 7 əlamətin bunlar olduğunu bildirdi.

Oxu24.com xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə dərc olunun “Daily Express” qəzetinin aparılan araşdırmaya əsaslandırdığı xəbərində qeyd olunub ki, alimlər xərçəng xəstəliyinin 7 əlamətinə diqqət çəkdilər. Xərçəng xəstəliyinin ilkin əlamətlərinə əhəmiyyət verməyən bir çox insan sonralar bu xəstəliyin müalicəsində ciddi çətinliklərin olması səbəbindən onun qurbanına çevrilir. Şiş ən çox təşxis edilə bilən əlamətlərdən biridir, ancaq vaxtında diqqət yetirilməli çox əhəmiyyətli olan 7 fərqli əlamət də var.

Pəhriz və idman vərdişlərində heç bir dəyişiklik olmadığı halda birdən-birə arıqlamaq yaxşı əlamət deyil. Həddindən artıq arıqlamaq mədəaltı vəzi, mədə və ağciyər xərçənglərinin də əlaməti ola bilər. Çəkidə zaman-zaman ola biləcək kiçik dəyişikliklər normal qəbul edilir.

Xərçəngin ilk əlamətləri ağrıya səbəb olmur. Amma bədəndə anidən baş verən ağrı vədavam edən ağrı sümük, beyin və ya digər xərçəng xəstəliklərinin göstəricisi ola bilər. Bir ay və ya daha uzun davam edən və səbəbi açıqlanmayan ağrılar üçün mütləq həkimə müraciət edin.

Çox yemək, spirt və ya stress mədə qıcqırmasına səbəb ola bilər. Mədə yanması və qıcqırması problemini aradan qaldırmaq üçün pəhriz saxlamaq təklif olunur. Lakin pəhriz saxladığınız halda mədə ağrısı davam edirsə, həkimə gedin. Mədə yanması mədə, boğaz və yumurtalıq xərçənginin də xəbərçisi ola bilər.

Az yeməkdən sonra belə toxluq hiss etmək yumurtalıq, mədəaltı vəz və ya mədə xərçənginin əlaməti ola bilər. Mədəaltı vəzi xərçəngi ən çətin müalicə edilən xəstəlik olduğu üçün erkən diaqnoz qoyulmalıdır. Bu xərçəng növünün ən çox rast gəlinən əlamətləri iştahanın itməsi, çəkinin sürətlə azalması, gözlərin və ya dərinin saralması, solğunluq, sürüşkən nəcisdir.

Tez-tez tualetə getmək istəyinin olmasına baxmayaraq, sidiyə çıxa bilməmək əksər hallarda sidik kisəsi xərçənginin əlaməti ola bilər. Bu xəstəlik, adətən, orta yaşı keçən kişilərdə müşahidə edilir. Bu zaman onlarda sidiyin rəngi sarı və tünd qırmızı olur. Bu əlamətə görə də həkimə müraciət edin.

Babasil və ya anal dəlikdən qaynaqlanan qanaxmalar ən çox bir və ya iki gün çəkir. İki gündən çox davam edən qanaxma olarsa, mütləq həkimə müraciət edin.

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0