Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33891
az

Bu qan qrupundan olanlar daha tez ölür - KORONAVİRUS

13:5826 İyun, 2020
550
TİBB
  • A

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev insanların daşıdıqları qan qruplarının COVID-19 virusuna yoluxma və xəstəliyin gedişatında roluna aydınlıq gətirib.

Oxu24.com  xəbər verir ki, o, mart ayından etibarən Çinin Uhan şəhərində aparılan elmi tədqiqatın nəticəsinə görə xəstələnənlər arasında II qan qrupu daşıyıcılarının çoxluq təşkil etdiyini bildirib: 

"Buna əlavə olaraq, Avropada aparılan son elmi tədqiqat yeni olaraq onu göstərdi ki, II qan qrupu COVID-19 xəstəliyinin ağır kliniki gedişatı üçün bir risk faktorudur. COVID-19 virusuna yoluxanların 3-cü və 9-cu xromosomlarında aşkar edilən gen variantları xəstəliyin ağır gedişata malik olma riskini artırır. Burada da qan qrupunu müəyyən edən önəmli gen və xromosom yer alır. Alimlər bu nəticəyə İtaliya və İspaniyadan olan 4000 xəstənin müayinəsinə əsaslanan tədqiqatdan sonra gəliblər. Tədqiqatın nəticəsinə görə, II qrup qan daşıyıcısı olan xəstələr də bir növ xüsusi risk qrupuna daxildirlər və onlar bu virusa yoluxan zaman xəstəliyi digər qan qruplarına nisbətən ağır formada keçirə bilərlər".

 

N.Abdullayev deyib ki, I qan qrupu daşıyıcıları isə digərləri ilə müqayisədə ən az riskə malikdirlər:

"Amma onu da nəzərə almaq lazımdır ki, xəstəliyin ağır gedişatına səbəb olan daha bir neçə önəmli faktorlar da var və bunlardan da ən önəmlisi xəstənin yaşı və sahib olduğu ciddi xəstəlikləridir. Bu tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, artıq müalicə həkimi II qan qrupu daşıyıcısı olan COVID-19 xəstələrinə xüsusi risk qrupuna daxil olduqları üçün daha da diqqət göstərib xəstəliyin gedişində bu məqamı nəzərə almalıdır". //Report.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ