Kişilərin ən çox qorxduğu analizin asan yolunu həkim AÇIQLADI
13 May 2026, 12:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
854
25.06.2020, 11:58
Dünyada koronavirusa yoluxanların sayı artıq 10 milyona yaxınlaşır, 500 minə yaxın insan isə virus səbəbindən həyatını itirib.
Oxu24.com "qafqazinfo”ya istinadən xəbər verir ki, pandemiyanın yayılmağa başlamasından artıq yarım ildən çox bir vaxt keçsə də, hələ də dünya elmi yeni virus qarşısında acizdir.
Virusun orqanizmdən asılı olaraq fərqli simptomlarla özünü göstərməsi isə vəziyyəti bir az daha qəlizləşdirir.
Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır.
Açıqlamalarda hər gün yüzlərlə asimptomatik şəxslərin test nəticələrinin müsbət olmasına dair məlumatlar yer alır.
Bütün bunlara baxmayaraq bir neçə nüans var ki, artıq onları "COVİD-19”un ilkin əlamətləri hesab etmək olar. Bunlar aşağıdakılardır:
Temperatur
Qanda oksigen faizinin azalması (90%-dən az olması)
Baş, boyun ağrısı
Oynaqlarda ağrı
Quru öskürək (sinəni deşən şəkildə)
Qarın ağrısı
Dad və ya iyitmə
Hazırda həkimlər davamlı quru öskürəyə fikir verməyi və şübhəli hal yarandıqda hərarətin mütəmadi olaraq ölçülməsini tövsiyə edirlər.
Bu əlamətlərdən hər hansı biri sizdə varsa, mütləq koronavirus testindən keçmək üçün Təcili Tibbi Yardıma müraciət etməlisiniz.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun inkubasiya dövrünün 14 günə qədər davam etdiyini bildirir.
13:49 / 13 May 2026
15
13:37 / 13 May 2026
369
13:35 / 13 May 2026
33
13:29 / 13 May 2026
28
13:27 / 13 May 2026
28
13:24 / 13 May 2026
67
13:19 / 13 May 2026
30
13:05 / 13 May 2026
59
12:57 / 13 May 2026
298
12:49 / 13 May 2026
115
12:44 / 13 May 2026
256
12:41 / 13 May 2026
61
12:38 / 13 May 2026
52
12:34 / 13 May 2026
55
12:32 / 13 May 2026
56
12:24 / 13 May 2026
101
12:18 / 13 May 2026
134
12:11 / 13 May 2026
81
12:04 / 13 May 2026
74
12:00 / 13 May 2026
350
11:50 / 13 May 2026
64
11:46 / 13 May 2026
70
11:44 / 13 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.