Kişilərin ən çox qorxduğu analizin asan yolunu həkim AÇIQLADI
13 May 2026, 12:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1034
24.06.2020, 22:43
Yüz dəfələrlə deyilib və yazılıb ki, C vitamini orqanizmi virus və soyuqdəymə xəstəliklərindən qorumur, yəni bu mənada heç bir profilaktik təsir göstərmir.
Bəzi araşdırmalar göstərib ki, C vitamininin soyuqdəymə və virus xəstəlikləri zamanı (zamanı! ondan əvvəl yox!) qəbulu sağalmanı bir qədər (təxminən 1 gün) tezləşdirə bilər. Təəssüf ki, bizdə C vitaminini əksər hallarda məhz “profilaktik” məqsədlərlə qəbul edirlər.
Hazırda apteklərdə C vitaminini tapmaq olmur, insanlar “koronavirusdan qorunmaq üçün” vitamini qutu-qutu alıb özbaşına, həkimlə məsləhətləşmədən qəbul edirlər.
Saglamolun.az bildirir ki, tək dərman deyil, istənilən vitamin, mineral, hətta müalicəvi otları da yalnız həkimlə məsləhətləşdikdən və lazım olan müayinə və analizlərdən sonra qəbul etmək olar.
Bəzi xəstəliklər zamanı C vitaminini ümumiyyətlə qəbul etmək olmaz. Həmçinin bu vitaminin uzun müddət ərzində, yüksək dozalarda nəzarətsiz qəbulu hətta sağlam insanın orqanizmində çox ağır fəsadlar yarada bilər.
C vitamininin uzun müddət ərzində və yüksək dozalarda qəbulu (1000 mq/g çox) bu kimi pozulmalara səbəb ola bilər:
- ürəkbulanması
- mədə qıcqırması
- ishal
- köp
- mədə-bağırsaq sisteminin selikli qişasının qıcıqlanması
- qarında ağrı
- böyrəklərdə daşların əmələ gəlməsi
- yuxusuzluq
- əsəbilik
- baş ağrısı
- qıcolmalar
- təzyqin qalxması
- maddələr mübadiləsinin pozulması
- qaraciyər, böyrək, mədəaltı vəzin funksiyalarının pozulması və s.
Mədə xorası, qastrit və s. mədə problemləri olan insanlarda C vitamininin yüksək dozalarda qəbulu xəstəliyin kəskinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.
Nəzərə almaq lazımdır ki, C vitamini allergiyaya səbəb olur.
Böyrək daşı xəstəliyi və həmçinin bəzi qaraciyər xəstəlikləri zamanı C vitamininin qəbulu qadağandır.
13:49 / 13 May 2026
15
13:37 / 13 May 2026
369
13:35 / 13 May 2026
33
13:29 / 13 May 2026
28
13:27 / 13 May 2026
28
13:24 / 13 May 2026
67
13:19 / 13 May 2026
30
13:05 / 13 May 2026
59
12:57 / 13 May 2026
298
12:49 / 13 May 2026
115
12:44 / 13 May 2026
256
12:41 / 13 May 2026
61
12:38 / 13 May 2026
52
12:34 / 13 May 2026
55
12:32 / 13 May 2026
56
12:24 / 13 May 2026
101
12:18 / 13 May 2026
134
12:11 / 13 May 2026
81
12:04 / 13 May 2026
74
12:00 / 13 May 2026
350
11:50 / 13 May 2026
64
11:46 / 13 May 2026
70
11:44 / 13 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.