Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33795
az

Koronavirus testi "ayağınıza gəlir": - 145 manatlıq testə kim icazə verib?

20:2524 İyun, 2020
470
TİBB
  • A

“Buta clinic” sosial şəbəkə hesablarından evlərdə COVID-19 testi və ağciyərləri rentgen etdiklərini paylaşıblar.

Bütün bunların qiyməti isə 145 manatdır.

 

Maraqlıdır, rəsmi qurumların icazəsi olmadan həkimlər bunu fərdi qaydada həyata keçirə bilərmi?

Buna lisenziyaları varmı?

“Buta clinic”dən Cebhe.info-ya bildirilib ki, bununla bağlı bütün özəl klinikalara icazə verilib.

Məsələ ilə bağlı tanınmış həkim Vaqif Qarayev bununla bağlı danışmağın tez olduğunu söyləyib:

 

“Belə olduqda qarışıq vəziyyət yaranır. Düşünürəm ki, bu mərkəzləşdirilmiş olmalı və nəzarət edilməlidir”.

Karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası Şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev isə bildirib ki, bu haqda məlumatı yoxdur:

 

“Əslində belə bir iş təşkil olunsa, çox gözəl olar. Epidemiyanın yayılmasının da qarşısını almaqda müəyyən köməklik edər. Bu iş rəsmi, lisenziya və icazə ilə təşkil olunsa, təbii ki, qorunma vasitələri ilə, yerindəcə test götürülsə və rentgen müayinəsindən keçirilsə, yaxşı olar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Rusiyada 3 azərbaycanlıdan biri göldə boğuldu - Anbaan görüntülər