Bu, stres pozğunluğu ola bilər
12 May 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
662
21.06.2020, 15:50
"Əməkdaşımız Azər Ağayev 10 gündür işə gəlmirdi. Buna səbəb hərarətinin yüksək olması idi. Daha sonra verilən testinin nəticəsi pozitiv çıxıb və karantinə alınıb".
Bunu Oxu24.com-a açıqlamasında "ARB Media Qrupu"nun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.
Onun sözlərinə görə, həmin əməkdaşla əlaqə saxlanılıb, yaxşıdır:
"Bundan əlavə, 2 həftə əvvəl daha bir koronavirusa yoluxmuş əməkdaşımız Hicran Nəsibova yenidən test verib və nəticəsi neqativ çıxıb. Bu səbəblə əməkdaşımız karantini ev şəraitində davam etdiriləcək. İnşallah qısa zaman ərzində normal həyatlarına və işlərinin başına dönərlər".
O.İbrahimli qeyd edib ki, ümumilikdə ARB-də bugünədək koronavirusa yoluxanların sayı 2 nəfər olub:
"Ümumiyyətlə hərarəti yüksək olan əməkdaş əvvəlcədən məlumat verir və işə gəlmir. Bundan əlavə, kanala daxil olmazdan əvvəl hər kəsin hərarəti yoxlanılır. Hərarəti yüksək olarsa, içəri daxil ola bilməz. İçəri daxil olarkən hərarət ölçüldükdən sonra, girişdə hər kəs spirtdən istifadə edir. Bütün əməkdaşlar oturduqları otaqlarda, hətta dəhlizdə gəzdikdə belə qoruyucu maskadan istifadə edir".
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.