Qaynar xətt:

(+99450) 247 90 86

İlk testin nəticəsi mətbuata sızdı - Koronavirusla bağlı üzücü xəbər

İlk testin nəticəsi mətbuata sızdı - Koronavirusla bağlı üzücü xəbər

TİBB

743

25.04.2020, 01:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünya şirkətləri yeni növ koronavirusa qarşı peyvənd və dərman hazırlamaq üçün zamana qarşı mübarizə apararkən, COVİD-19-a qarşı istehsal edilən tibbi preparatın ilk testinin nəticələri səhvən mətbuata sızıb.

Publika.az xəbər verir ki, ABŞ-ın “Gilead Sciences” şirkəti tərəfindən istehsal edilən “Remdesivir” dərmanının koronavirus xəstələrinin sağalmasında effektli ola biləcəyinə ümidlər böyük idi. Lakin Ümumdünya Səhiyyə Təşkilatından mətbuata sızan sənədlərdə dərmanın COVİD-19-a qarşı təsirli olmadığı qeyd olunub. Sənədlərə görə, Çində aparılan testlər zamanı xəstələrin səhhətində müsbət dəyişiklik müşahidə olunmayıb.Üstəlik qanda olan patogen mikroblarının dərəcəsi də azalmayıb.

Dərman şirkəti isə testlərin nəticələrinin səhv təqdim edildiyini irəli sürüb.