Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirusun yeni əlamətləri aşkarlandı

Koronavirusun yeni əlamətləri aşkarlandı

TİBB

602

12.04.2020, 09:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Çində koronavirusa yoluxmuş bəzi insanlarda nevroloji əllamətlər müşahidə olunub.
“Report” xəbər verir ki, bu barədə “JAMA Neurology”da dərc edilmiş tədqiqatda Çin alimləri bildirib. Mütəxəssislər koronavirusun yayılmasının episentri olmuş Uhan şəhərinin 214 xəstə sakini haqqında məlumatları araşdırıblar. Məlum olub ki, virusa yoluxmuş bütün xəstələrin 36 faizində (ağır xəstələrin isə 46 faizində) aydın olmayan nitq, həmçinin beyində qan dövranının pozulması, şüur pozğunluğu və əzələ zəifliyi aşkarlanıb.
Bu halda xəstələr daha əvvəl koronavirusun öskürək, baş ağrısı və yüksək temperatur kimi məlum simptomlarını hiss etməyə davam edirdilər.