“Sülh sazişi ləngisə, Ermənistanın enerji və logistika maraqları riskə düşəcək” – İrəvan konstitusiyaya əl gəzdirməyə hazırlaşır?
19 Noyabr 2026, 15:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
48
19.11.2026, 16:24
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı ölkəsinin Azərbaycana qarşı ərazi güzəştinə getmədiyini və getmək niyyətində olmadığını bildirməsi regional gündəmdə müzakirələrə səbəb olub. Paşinyan “Biz heç nə güzəştə getməmişik və getmək niyyətində də deyilik. Buna ehtiyac yoxdur və ümumiyyətlə, belə bir məsələ gündəmdə mövcud deyil”, – deyə vurğulayıb. Bu bəyanat Ermənistanın daxili siyasi mühitindəki gərginliklər, seçki və referendum gündəliyi, eləcə də delimitasiya və sülh prosesi fonunda diqqət çəkir. Eyni zamanda, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətləri ilə bağlı müzakirələrə qonşu dövlətlərin, xüsusilə İranın reaksiyası məsələni daha da aktuallaşdırır. Yekun sülh sazişi üçün isə Ermənistan konstitusiyasındakı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması əsas şərt kimi önə çıxır. Mövzu ilə bağlı Oxu24.com-a sualları politoloq Natiq Miri cavablandırıb.
Politoloq Natiq Mirinin sözlərinə görə, məsələnin siyasi tərəfi ondan ibarətdir ki, heç bir dövlət başçısı istər parlamentdə, istərsə də ictimaiyyət qarşısında başqa bir dövlətə öz ərazisini güzəştə gedəcəyini deməz; bu, siyasi baxımdan “özünəqəsd” olardı. O qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı reqlament qəbul olunub, hər iki dövlət tərəfindən təsdiq edilib, ratifikasiya olunub və proses bu reqlamentə uyğun aparılır.
Onun fikrincə, xüsusilə anklav və eksklav məsələləri kimi düyün nöqtələrində müəyyən çətinliklər yarana bilər, lakin indiki mərhələdə bu nöqtələrə ilişib qalmaq doğru yanaşma deyil:
”Sərhədin şimaldan cənuba doğru müəyyənləşdirilməsi daha rahat olan istiqamətlərdə sürətlə irəliləmək lazımdır.
”Zəngəzur dəhlizi və “TRIPP” layihəsinin həyata keçirilməsi üçün sərhədlərin təcili müəyyənləşməsinə ehtiyac var.
”Geosiyasi baxımdan İran proseslərə müdaxilə etməyə çalışaraq hər hansı geosiyasi dəyişikliyi və coğrafiyaların güzəştini qəbul etməyəcəyini bəyan edir, hər şeyin Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini istəyir”.
Natiq Mirinin qənaətincə, Paşinyanın bu açıqlaması həm ictimaiyyəti, həm də qonşu geosiyasi maraqları olan ölkələri, o cümlədən proseslərə mane olmaq istəyən qüvvələri sakitləşdirmək xarakteri daşıyır.
Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistan ərazilərini tələb etmir və heç vaxt tələb etməyib; rəsmi Bakının başqa dövlətlərin ərazisində gözü yoxdur və daxili işlərinə də qarışmır. Buna görə də söhbət danışıqlarda “mövqeləri qorumaq” cəhdindən getmir. Əksinə, sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizi istiqamətində delimitasiya-demarkasiya hazırlıqları Ermənistanda müxalifəti hərəkətə gətirib və Paşinyan parlamentdə bu məsələni izah etmək zərurəti duyub.
Natiq Miri müxalifətə və verilən mesaja dair bunları qeyd edib.
Müxalifəti “dırnaqarası müxalifət” adlandıran politoloq onların Rusiyanın emissarları olduğunu və Ermənistana xəyanət etmiş qüvvələr kimi çıxış etdiklərini bildirib:
“Bu qüvvələr konkret sifariş yerinə yetirdikləri üçün heç bir halda Paşinyan hökumətindən razı qalmayacaqlar. Bu bəyanat ilk növbədə Azərbaycana ünvanlanmış mesaj deyil; məqsəd müxalifəti yerində oturtmaq, erməni xalqını çaşdırmaq istəyən yalanları ifşa etmək və digər geosiyasi güc mərkəzlərini arxayınlaşdırmaqdır”.
Natiq Miri hesab edir ki, baş nazirin bu açıqlaması sülh prosesini pozacaq və ya ona əngəl yaradacaq amil deyil. Onun sözlərinə görə, yekun sülh müqaviləsinin imzalanmasının şərti bəllidir: bunun üçün Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiasına istinad edən müddəalar aradan qaldırılmalıdır.
Politoloq əlavə edib ki, bu məsələ referendum yolu ilə həll olunur və Ermənistanın daxili işidir; müxalifətin prosesə mane olacağını bəyan etməsi səbəbindən qarşıda ciddi siyasi mübarizə ehtimalı var. Sərhədlərin müəyyənləşməsi uzunmüddətli proses olsa da, yaxın vaxtlarda referendum keçirilərsə, yeni konstitusiya xalq tərəfindən qəbul olunarsa və ərazi iddiası aradan qaldırılarsa, yekun sülh müqaviləsinin imzalanması qarşısındakı əngəllər aradan qalxacaq və saziş imzalanacaq.
Çimnaz Telmanqızı
16:35 / 19 Noyabr 2026
26
16:29 / 19 Noyabr 2026
43
16:18 / 19 Noyabr 2026
68
16:15 / 19 Noyabr 2026
156
16:12 / 19 Noyabr 2026
42
16:10 / 19 Noyabr 2026
82
16:08 / 19 Noyabr 2026
64
16:02 / 19 Noyabr 2026
80
15:59 / 19 Noyabr 2026
78
15:56 / 19 Noyabr 2026
561
15:54 / 19 Noyabr 2026
99
15:47 / 19 Noyabr 2026
142
15:45 / 19 Noyabr 2026
66
15:41 / 19 Noyabr 2026
88
15:33 / 19 Noyabr 2026
497
15:31 / 19 Noyabr 2026
69
15:27 / 19 Noyabr 2026
74
15:11 / 19 Noyabr 2026
77
15:11 / 19 Noyabr 2026
103
15:01 / 19 Noyabr 2026
82
14:45 / 19 Noyabr 2026
103
14:32 / 19 Noyabr 2026
101
14:26 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.