Ağzım açılsa, pis açılacaq - Elgizdən Laləyə ŞOK SÖZLƏR
19 Noyabr 2026, 17:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
40
19.11.2026, 17:41
Bu gün Naxçıvan Mustar Respublikasının Ali Məclisinin komitələrinin birgə iclasında 2027-ci ilin büdcəsi müzakirə olunaraq I oxunuşda baxılmaq üçün Ali Məclisin növbəti iclasının müzakirəsinə təqdim edilib.
Oxu24.com xəbər verir ki, gələn il Naxçıvanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat proqnozlaşdırılır.
Sənədə əsasən, gəlirlərin 38,8 %-ni və yaxud 198 milyon manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək ki, bu da cari illə müqayisədə 13,6 milyon manat və yaxud 6,4 % azdır. Naxçıvanın öz gəlirləri isə cari illə müqayisədə 40,4 milyon manat və yaxud 14,9 % artımla - 312 milyon manat proqnozlaşdırılır.
İclasda parlamentin İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov qeyd edib ki, gələn il büdcə gəlirləri bu illə müqayisədə 5,6 milyon manat və yaxud 1,8 % artımla proqnozlaşdırılıb. Qeyd olunan müsbət dinamika, xüsusilə də həyata keçirilən tədbirlər nəticəsində mərkəzləşdirilmiş xərclərdən ayrılan dotasiyanın həcminin azalması da müsbət tendensiyadır. Dotasiyanın azalması yerli gəlir bazasının genişləndirilməsinin və regionun maliyyə dayanıqlılığının artmasının bariz göstəricisidir.
Sonra Naxçıvannın maliyyə naziri Həsən İsmayılov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev qanun layihəsi barədə ətraflı məlumat veriblər. Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli isə büdcə layihəsinə dair Palatanın rəyini təqdim edib.
Ardınca Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev, Sosial siyasət komitəsinin sədri Zeynəb Quliyeva, Humanitar siyasət komitəsinin sədri Canməmməd Canməmmədov məsələ ilə bağlı çıxış ediblər. Çıxışlarda 2027-ci il büdcəsinin prioritetləri, iqtisadi dayanıqlılıq, sosial rifahın yüksəldilməsi və büdcə vəsaitlərindən səmərəli istifadə məsələlərindən bəhs olunub. Sosial-iqtisadi və humanitar sahələrin inkişafına yönələn büdcə prioritetləri müsbət qiymətləndirilib və büdcə layihəsi dəstəklənib.
17:50 / 19 Noyabr 2026
12
17:47 / 19 Noyabr 2026
12
17:45 / 19 Noyabr 2026
26
17:34 / 19 Noyabr 2026
48
17:30 / 19 Noyabr 2026
53
17:20 / 19 Noyabr 2026
58
17:15 / 19 Noyabr 2026
60
17:01 / 19 Noyabr 2026
86
16:51 / 19 Noyabr 2026
277
16:50 / 19 Noyabr 2026
116
16:48 / 19 Noyabr 2026
87
16:35 / 19 Noyabr 2026
107
16:29 / 19 Noyabr 2026
97
16:24 / 19 Noyabr 2026
101
16:18 / 19 Noyabr 2026
121
16:15 / 19 Noyabr 2026
361
16:12 / 19 Noyabr 2026
94
16:10 / 19 Noyabr 2026
121
16:08 / 19 Noyabr 2026
103
16:02 / 19 Noyabr 2026
119
15:59 / 19 Noyabr 2026
168
15:56 / 19 Noyabr 2026
932
15:54 / 19 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.