Vətəndaşlara 20 faiz əlavə sahə güzəşti olacaq -DETALLAR AÇIQLANDI
19 Noyabr 2026, 19:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
90
19.11.2026, 20:04
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəni universitetin kollektivinə təqdim edib.
Elm və Təhsil Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin Azərbaycanın ali təhsil sistemindəki xüsusi mövqeyini və ölkənin elmi-pedaqoji potensialının formalaşmasında rolunu vurğulayıb.
Nazir universitetin zəngin ənənələrinin qorunması ilə yanaşı, müasir dövrün çağırışlarına uyğun inkişafının, elmi tədqiqatların genişləndirilməsinin, tədrisin keyfiyyətinin yüksəldilməsinin və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Eyni zamanda, nazir Bakı Dövlət Universitetinin əvvəlki rektoru Elçin Babayevə rəhbərliyi dövründə universitetin inkişafı istiqamətində gördüyü işlərə və fəaliyyətinə görə təşəkkürünü bildirib.
Emin Əmrullayev Məleykə Abbaszadənin uzun illər ərzində təhsil sahəsində, xüsusilə təhsildə qiymətləndirmə və keyfiyyətin təmin olunması istiqamətində fəaliyyətini, bu sahədə qazandığı təcrübəni qeyd edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. Nazir universitetin gələcək inkişafında mövcud potensialdan səmərəli istifadə edilməsinin, kollektivin birgə fəaliyyətinin və akademik mühitin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Məleykə Abbaszadə öz növbəsində göstərilən etimada görə təşəkkürünü bildirib.
Təqdimat mərasimində universitetin professor-müəllim heyəti və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
19:55 / 19 Noyabr 2026
47
19:53 / 19 Noyabr 2026
65
19:30 / 19 Noyabr 2026
76
19:10 / 19 Noyabr 2026
468
19:05 / 19 Noyabr 2026
81
18:55 / 19 Noyabr 2026
92
18:50 / 19 Noyabr 2026
131
18:07 / 19 Noyabr 2026
276
17:58 / 19 Noyabr 2026
112
17:50 / 19 Noyabr 2026
97
17:47 / 19 Noyabr 2026
421
17:45 / 19 Noyabr 2026
115
17:41 / 19 Noyabr 2026
102
17:34 / 19 Noyabr 2026
105
17:30 / 19 Noyabr 2026
117
17:20 / 19 Noyabr 2026
112
17:15 / 19 Noyabr 2026
115
17:01 / 19 Noyabr 2026
336
16:51 / 19 Noyabr 2026
399
16:50 / 19 Noyabr 2026
152
16:48 / 19 Noyabr 2026
121
16:35 / 19 Noyabr 2026
138
16:29 / 19 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.