Qaynar xətt:

(+99450) 247 90 86

Deputatdan büdcə ilə bağlı AÇIQLAMA: "Vəsaitlərdən hədəfyönümlü istifadə olunacaq"  

Deputatdan büdcə ilə bağlı AÇIQLAMA: \"Vəsaitlərdən hədəfyönümlü istifadə olunacaq\"  

CƏMİYYƏT

44

19.11.2026, 20:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com xəbər verir ki, Milli Məclisin deputatı Məzahir Əfəndiyev 2027-ci ilin dövlət büdcəsi layihəsinin parlamentdəki müzakirələri və sənədin əsas prioritetləri ilə bağlı açıqlama verib.

Deputatın sözlərinə görə, Maliyyə Nazirliyi tərəfindən hazırlanan və İqtisadi Şurada müzakirə edilərək Prezidentə təqdim olunan büdcə zərfi artıq üç gündür ki, Milli Məclisdə geniş və hərtərəfli müzakirə olunur. O bildirib ki, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Hesablama Palatası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və parlamentin aidiyyəti komitələrinin rəhbərliklərinin təqdimatlarında səsləndirilən makroiqtisadi göstəricilər və iqtisadi artım proqnozları növbəti ildə büdcə vəsaitlərindən səmərəli və hədəfyönümlü istifadə olunacağını deməyə əsas verir.

Məzahir Əfəndiyev qeyd edib ki, 2027-ci ilin büdcə siyasətinin əsas istiqamətlərindən biri Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə icrasıdır:

"2026-cı il üzrə Dayanıqlı İnkişaf Hesabatına əsasən, Azərbaycan 74,31 balla DİM İndeksi üzrə reytinqə daxil edilmiş 169 ölkə arasında 52-ci yerdə qərarlaşıb. Ölkəmiz bu reytinqdə öz mövqeyini davamlı olaraq yaxşılaşdırır. Büdcə xərclərinin formalaşmasında da həmin hədəflər əsas meyar kimi götürülür".

Millət vəkili əlavə edib ki, Milli Məclis Hesablama Palatası ilə birgə DİM-lərin icrasını diqqətdə saxlayır və 2024-cü ildən etibarən bu istiqamətdə Orta Müddətli Xərclər Çərçivəsi hazırlanır. Cari il ərzində büdcə xərclərinin DİM-lər üzrə işarələnməsinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üzrə institusional islahatlar aparılıb:

"Hazırda təhsil, səhiyyə, sosial müdafiə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və digər zəruri sektorlar üzrə nəzərdə tutulan xərclərin 14 milyard manatdan çox hissəsi birbaşa müvafiq DİM hədəfləri – yoxsulluğa və aclığa son, yaxşı səhiyyə, keyfiyyətli təhsil, təmiz su, layiqli əmək, iqlim dəyişikliyinə qarşı mübarizə və digər məqsədlərlə əlaqələndirilib. 2027-ci ildən etibarən bu mexanizmin həm birbaşa, həm də dolayı təsirlərin nəzərə alınması ilə tətbiqi büdcə resurslarının səmərəliliyini artıracaq. Xüsusilə kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sektorları üzrə iqlim dəyişikliyi ilə mübarizəyə yönəldilən vəsaitlərin miqyası ölkəmizin yaşıl iqtisadiyyat siyasətinə sadiqliyini təsdiqləyir".

Deputat vurğulayıb ki, təqdim olunan büdcə zərfində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri növbəti ildə də dövlət maliyyə siyasətinin mütləq prioritetlərindən biri olaraq qalır. Bölgənin iqtisadi dövriyyəyə daxil edilməsi, müasir infrastrukturun yaradılması və "Böyük Qayıdış" Dövlət Proqramının icrası üçün mərkəzləşdirilmiş qaydada ayrılan vəsaitlər ölkənin iqtisadi suverenliyinin möhkəmlənməsinə xidmət edir.

M. Əfəndiyevin fikrincə, 2027-ci ilin dövlət büdcəsi layihəsində DİM hədəflərinin dərinləşdirilməsi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasını sürətləndirəcək və gələcək illərdə BMT-nin müvafiq hesabatlarında Azərbaycanın mövqeyini daha da gücləndirəcək.

Çimnaz Ağayeva