Nəsimi Musayevdən XƏBƏR VAR
26 Oktyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
641
12.03.2020, 13:15
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Teymur Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Oxu.Az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.
Təqsirləndirilən Teymur Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il mayın 13-də baş verib. Belə ki, Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Teymur Bəyağa oğlu Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi, 1 ünvanının qarşısında Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Elşad Dünyamalı oğlu Hüseynova biri daxilə nüfuz etməklə baş və kürək nahiyəsinə ümumilikdə 5 bıçaq zərbəsi vurub.
Nəticədə, Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 29.129-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə cinayət işi başlanıb.
İlkin araşdırma zamanı Teymurun cinayəti namus üstündə törətdiyi məlum olub. Teymur bıçaqladığı Elşadın keçmiş arvadı Əfsanə Şıxəliyeva ilə münasibətlərindən şübhələnib. Teymur boşandıqdan sonra Əfsanə Şıxəliyevanın Elşadla görüşməsini özünə təhqir kimi qəbul edib. Bundan başqa, o, ailəsinin dağılmasına səbəbkar kimi də Elşadı görüb.
Teymur Əfsanəni izləyərək Elşadla görüşə getməsini gözləyib. Əfsanə bulvarda Elşadla görüşərkən Teymur "rəqibinə" bir neçə bıçaq zərbəsi endirib.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.