Günboyu yuxululuq hissi NƏDƏNDİR?
30 Yanvar 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1164
02.02.2020, 02:24
Dünyada koronavirusla bağlı ölüm xəbərləri artmaqda davam edir. Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çinin Uhan şəhərində ortaya çıxan virus ötən ilin dekabr ayından bu yana yüzlərlə can alıb. Minlərlə insanın bu virusa yoluxduğu və hazırda karantin şəraitində müalicə aldığı deyilir.
Ölkəmizə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Çindən turistlərin gəldiyi bir vaxtda virusun yayılma təhlükəsi də olduqca aktualdır. Bir müddət öncə Səhiyyə Nazirliyi də virusla bağlı insanlara müraciət edərək, müəyyən profilaktik və ehtiyat tədbirlərinin görülməsini tövsiyə edib.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Sevda Mustafayeva deyir ki, hazırda İnstitutun balansında 8 xüsusi palata ayrılıb. Burada təlimatlı tibb personalı fəaliyyət göstərir. Əgər hər hansı bir şəxsdə virusa yoluxma şübhəsi yaranarsa, xəstə dərhal həmin palataya yerləşdiriləcək: “Bu palatalar mənfi təzyiqli palatalardır. Burada hava xüsusi filtrdən keçərək təmizlənir. Beləliklə, infeksiyanın kənara yayılmasının qarşısı alınır. Hər hansı şübhəli xəstə olarsa, onlar həmin boksda yerləşdiriləcək, müayinələrdən keçib müalicəyə olunacaq”.
Koronavirusun əlamətlərinə diqqət çəkən həkim deyir ki, virusa yoluxan xəstələrdə burun axma, baş ağrısı, öskürək, boğaz ağrısı, qızdırma, nəfəs darlığı və tənəffüs zamanı çətinlik halları yarana bilər. Hazırda xəstəliyi müalicə edən heç bir dərman və ya peyvənd tapılmayıb. Sadəcə, simptomların qarşısını almaq üçün müalicələr aparılır. Hazırda ölkəmizdə bu virusa yoluxma halları qeydə alınmadığından, həkimlər, sadəcə, vətəndaşlara qrip və kəskin respirator viruslu xəstəliklərə yoluxmamaq üçün də bəzi profilaktik tədbirlər aparmağı tövsiyə edir: “Hər bir qripli xəstə bilməlidir ki, xəstəliyin ağırlaşmaması üçün özünə ciddi yanaşmalıdır. Bir neçə gün ev şəraitində özünə qulluq etməlidir. Xüsusilə insanların daha çox olduğu yerlərdən uzaq gəzməlidir. Lakin xəstəlik ağırlaşarsa, o zaman xəstə mütləq stasionar müalicəyə cəlb edilməlidir”.
Bununla yanaşı, vətəndaşlar qrip və kəskin virus xəstəliklərindən qorunmaq üçün əllərini hər dəfə 20 saniyədən az olmamaqla sabunla tez-tez yumalı və dezinfeksiyaedici məhlullarla silməli, çoxlu maye qəbul etməlidir. Hər bir şəxs xüsusi qoruyucu maskalardan istifadə etməli və bunu ətrafındakılardan da tələb etməlidir.
Həmçinin oxuyun
22:53 / 30 Yanvar 2026
1
22:47 / 30 Yanvar 2026
13
22:45 / 30 Yanvar 2026
13
22:35 / 30 Yanvar 2026
20
22:29 / 30 Yanvar 2026
34
22:22 / 30 Yanvar 2026
24
22:15 / 30 Yanvar 2026
29
21:59 / 30 Yanvar 2026
37
21:56 / 30 Yanvar 2026
56
21:56 / 30 Yanvar 2026
33
21:54 / 30 Yanvar 2026
167
21:52 / 30 Yanvar 2026
43
21:51 / 30 Yanvar 2026
32
21:50 / 30 Yanvar 2026
806
21:41 / 30 Yanvar 2026
34
21:37 / 30 Yanvar 2026
44
21:35 / 30 Yanvar 2026
34
21:23 / 30 Yanvar 2026
51
21:10 / 30 Yanvar 2026
48
21:00 / 30 Yanvar 2026
36
20:58 / 30 Yanvar 2026
96
20:49 / 30 Yanvar 2026
132
20:31 / 30 Yanvar 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.