Tənbəl zobun əlamətləri açıqlanıb – endokrinoloqdan xəbərdarlıq
21 Aprel 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
832
30.01.2020, 16:23
Mədəaltı vəz insanın qəbul etdiyi qidadan tutmuş yaşadığı stresə kimi hər bir şeyi öz özündən keçirir və bütün orqanizmin açarı olduğu kimi, bir anda darmadığın ola bilir.
Mədəaltı vəz xəstəlikləri gizli başlayıb, ağrı, stress, diabet və xərçəngə kimi təzahür edir.
Medicina.az pankreatit kimi tanınan mədəaltı vəz iltihabi xəstəliyinin əsas əlamətlərini və daha çox kimlərdə baş verdiyini təqdim edir.
Əlamətlər:
- Mədənin alt, üst hissəsində, düz mərkəzdə təkrarlanan, ara-sıra dinən, qarına yayılan ağrılar. Ağrı çox zaman kürəyə də yayılır.
- Daha çox yeməkdən sonra ağrı başlayır və bir neçə saat davam edir
- Zamanla bu küt ağrı kəskinləşir, dözülməz olur və dayanmır
- Əgər kəskin pankreatitə səbəb öd daşları olursa, yağlı qızardılmış ağır yeməklərdən sonra 1-3-5 saatlıq ağrılar baş verir
- Əgər çox içki içənlərdə alkoqola bağlı pankreatitdirsə, spirtli içki qəbulundan 5-8 saat sonra ağrı başlayır
- Ürəkbulanma, qusma – kəskin və xroniki pankreatitin yol yoldaşıdır. Yeməkdən sonra artır. İnsan qusanda rahatlayır
- Diareya, ishal – mədəaltı vəz normal ferment ifraz etmədiyi üçün yemək həzm olunmur, sovrulmur, çox qidalar bağırsaqda çürüyür, elə olduğu kimi qalır. Nəcis duru, formalaşmamış, yağlı və həzm olunmamış qidalarla dolu olur. Nəcisdən çox kəskin pis qoxu gəlir
Həmçinin oxuyun
- Yüksək hərarət – qrip olmadan hərarət 38- i keçir. Kəskin pankreatitdə isə titrətmə olur.
- Dəri, selikli qişa, gözün içinin saralması- qana çox miqdarda bilirubin keçdiyi üçün baş verir. Əksər insanlarda pankreatit öd xəstəliyi, öd və axarlarının daşı, iltihabı nəticəsində yaranır. Öd yolları tıxanır, öd mayesi qana qarışır.
- Arıqlama, iştahsızlıq, ağız tamının itməsi
- Xəstəlik çox gec aşkar olunduqda mədəaltı vəz ferment hasilatını azaldır. Yemək demək olar, çox az həll olur və bağırsaqda nəcisə qarışır. Orqanizm lazımi mineral və vitaminlər ala bilmədiyi üçün çəki azalır və artıq çəki almaq çətinləşir.
KİMLƏR RİSK ALTINDADIR?
- Siz hər gün, çox miqdar tünd alkoqol qəbul edirsizsə. Əgər siz bir dəfədə 300 ml pivə, 150 ml çaxır və 100 ml araq içirsizsə, pankreatit olma ehtimalı 55%-dir.
- Siqaret çəkmək – 3 dəfə pankreatit riskini artırır
- Artıq çəki, piylənmə varsa – bu diabetdən tutmuş mədəaltı xərçənginə kimi səbəb ola bilər
- Nəsildə, ailədə pankreatiti olan olub
- Şəkərli diabet xəstələri
14:20 / 22 Aprel 2026
1
14:13 / 22 Aprel 2026
19
14:03 / 22 Aprel 2026
162
14:02 / 22 Aprel 2026
27
13:54 / 22 Aprel 2026
137
13:52 / 22 Aprel 2026
80
13:50 / 22 Aprel 2026
33
13:39 / 22 Aprel 2026
40
13:35 / 22 Aprel 2026
90
13:28 / 22 Aprel 2026
38
13:23 / 22 Aprel 2026
58
13:17 / 22 Aprel 2026
49
13:11 / 22 Aprel 2026
281
13:09 / 22 Aprel 2026
37
13:08 / 22 Aprel 2026
268
13:05 / 22 Aprel 2026
41
12:56 / 22 Aprel 2026
53
12:35 / 22 Aprel 2026
700
12:29 / 22 Aprel 2026
60
12:27 / 22 Aprel 2026
49
12:21 / 22 Aprel 2026
71
12:18 / 22 Aprel 2026
59
12:17 / 22 Aprel 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.