Qaynar xətt:

(+99450) 247 90 86

"Azərbaycanda koronavirusunun yayılması realdır" - Professordan ŞOK AÇIQLAMA

\\\"Azərbaycanda koronavirusunun yayılması realdır\\\" - Professordan ŞOK AÇIQLAMA

TİBB

1240

29.01.2020, 21:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Təcili karantin tədbirləri görülməlidir. Məktəblərdə, əhalinin kütləvi toplaşdığı yerlərdə, iş yerlərində dezinfeksiyaedici tədbirlər aparılmalıdır. Qapalı məkanlarda hava xüsusi lampalarla təmizlənməlidir, havada asılı qalan damcı infeksiyaları məhv edilməlidir. Xəstələnənlər vaxtında təcrid edilməlidir. İnsanlar maarifləndirilməlidir, virusun nə olduğunu, necə yayıldığını bilməlidir. Transsərhəd zonalarda nəzarət gücləndirilməlidir. Mütəmadi əllərimizi yumalıyıq. Respirator xəstəliyi olanlar maska istifadə etməlidir”.

Bu sözləri Professor Adil Qeybulla koronavirusla bağlı Unikal.org-un suallarını cavablandırarkən bildirib.

Professor əlavə edib ki, koronavirusun bu növü yenidir. Bu növün identifikasiyası üçün mütəxəsislər lazımdır. Mütəxəsis koronovirusun yeni növünü görmədən, tanımadan necə aşkarlaya bilər".