Yolda qəfil panik atak tutsa, insan nə etməlidir?
29 Yanvar 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
604
26.01.2020, 22:31
İsrailli mütəxəssilərinin araşdırması nəticəsində bəlli olub ki, siqaret çəkənlər çəkməyənlərdən üç dəfə çox depressiyadan əziyyət çəkirlər.
Qeyd edək ki, israilli alimlərdən də öncə müxtəlif ölkələrdə alimlər belə bir rəyə gəliblər. Milli.Az bildirir ki, alimlərin qənaətinə görə, siqaret çəkənlərdə təkcə depressiyadan başqa, eyni zamanda şizofreniya və həyəcanlılıq riski böyük olur. Alimlərin fikrincə, siqaretin tərkibindəki nikotin insanlarda psixi xəstəliklərin yaranmasına yardım edir.
Siqaret təhlükəli adətdir
Britaniyalı alimlərin firkincə, yaşlıların böyük bir qismi bu və ya digər formada ruhi pozğunluqdan əziyyət çəkir. Bununla belə psixi cəhətdən qeyri-stabil olan insanların da böyük əksəriyyəti daha çox siqaret çəkənlər və siqaret asılılığı olan insanlardır. Londonun Kral kollecinin alimlərinin 15 min siqaret çəkən və 237 min siqaret çəkməyən insan arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, siqaret çəkənlərin 57 faizində birinci dərəcəli psixioz vəziyyətin olduğunu müəyyən ediblər. Eyni zamanda siqaret, tabak çəkən insanlarda xəstəlik digərlərindən fərqli olaraq daha bir il öncə özünü biruzə verməyə başlayır. 40 yaşdan yuxarı siqaret çəkənlərin 20 faizi tez-tez depressiya və həyəcan keçirirlər.
İsrailli alimlər Budapeşt və Priştinada həyata keçirdiyi araşdırma nəticəsində insanların fiziki və psixi sağlamlığında ciddi problemlərin ortaya çıxdığı bəlli olub. Belə ki, siqaret çəkənlərdə kliniki depressiyaya düşməsi digərlərindən 2-3 dəfə çoxdur.
Həmçinin oxuyun
Bununla belə, siqaret çəkənlərdə ətrafdakıları ilə münasibətdə də problremlər yaşandığını müəyyən olunub. Nəticədə alimlər bi fikrə gəliblər ki, siqaret təkcə insanın fiziki sağlamlığına yox, həmçinin psixi sağlamlığına da ciddi təhlükə yaradır. Lakin bunun fizioloji təsiri bəlli deyil.
Siqaret insanı necə dəli edir?
Britaniyalı genetikləri siqaret çəkməklə psixi pozqunluq, daha çox şizofreniya və depressiya arasında əlaqəni müəyyən etməyə cəhd ediblər. Bununla əlaqədar olaraq genetiklər 500 min insanın sağlamlıq və həyat tərzi barədə məlumatlar toplayıblar. Bəlli olub ki, depressiya və şizofreniyanın artması uzunmüddətli siqaret çəkmək, axmaq adətlərdən uzaq qurtulmaq cəhdləridir. Nəticədə siqaret çəkənlərdə şizofreniya risqi 2,27 faiz çoxdur. Onlar ikidəfədən çox xroniki depressiyaya düşürlər.
Alimlər hesab edir ki, nikotin insan beynindəki serotonin və dofamin neyromediatorları sərbəst buraxılmasına stimul yaratmaqla, oqranizmdə şizofreniya və depressiya yaranmasına şərait yaradır.
00:36 / 30 Yanvar 2026
14
23:39 / 29 Yanvar 2026
46
23:32 / 29 Yanvar 2026
41
23:27 / 29 Yanvar 2026
60
23:22 / 29 Yanvar 2026
47
23:14 / 29 Yanvar 2026
52
23:09 / 29 Yanvar 2026
45
23:01 / 29 Yanvar 2026
409
22:54 / 29 Yanvar 2026
64
22:54 / 29 Yanvar 2026
62
22:52 / 29 Yanvar 2026
109
22:42 / 29 Yanvar 2026
43
22:38 / 29 Yanvar 2026
65
22:37 / 29 Yanvar 2026
44
22:26 / 29 Yanvar 2026
48
22:20 / 29 Yanvar 2026
49
22:19 / 29 Yanvar 2026
65
22:09 / 29 Yanvar 2026
60
22:05 / 29 Yanvar 2026
80
21:53 / 29 Yanvar 2026
88
21:50 / 29 Yanvar 2026
63
21:47 / 29 Yanvar 2026
468
21:39 / 29 Yanvar 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.