Tənbəl zobun əlamətləri açıqlanıb – endokrinoloqdan xəbərdarlıq
21 Aprel 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
824
26.01.2020, 00:04
Soyuq aylarda tez-tez xəstələnməməyin yeganə yolu immuniteti möhkəmlətməkdir. Çoxumuz elə bilirik ki, aptekdə immuniteti qaldıran xüsusi dərman var, onu həkim yazmalıdır və yalnız ondan sonra sağalacağıq, səhv fikirdəyik. Belə bir dərman yoxdur. Ümumiyyətlə, immunitet elə bir sistemdir ki, hər professorun belə başı çıxmaz. Çünki o dərəcədə fərqli, mürəkkəbdir.
Oxu24.com medicina.az-a istinadən asan gələcək, əslində isə immunitet üçün vacib olan xırda sirləri təqdim edir.
Həftədə 2 dəfə çox dadlı yeməklər yeyin
Ümumiyyətlə, immunitet yeməkdən güc alır. Yeməkləriniz dadlı, ürəyiniz istəyən və faydalı olmalıdır. Sizin həftəlik menyunuzda meyvə, tərəvəz, probiotik, hətta şoraba, ət, kabab olmalıdır. Hər gün dönər yeyib, çay içib, axşam yatmaqla immunitet ac qalır.
Dünya səhiyyə təşkilatı bildirir ki, sutkada 3 dəfə ovcunuza sığan qədər təzə meyvə və giləmeyvə yeməlisiz. Nə qədər bu meyvələr müxtəlif oldu, o qədər yaxşıdır, orqanizm ehtiyat yığır. Vacib deyil bir meyvədən 1-2 kilo alasınız, elə 100 qram da alıb yeyə bilərsiz.
Probiotiklər isə süd məhsullarıdır, hazır probiotik marketlərdə olur, amma siz özünüz təmiz qatıq, kefir içməklə bunu əvəz edə bilərsiz.
Stresə yox, sakitliyə hə
İmmunitetin gözünün düşməni stres, əsəbdir. Alimlər bildirir ki, 1 gün stres, güclü əsəb keçirmək və qışqırmaq immuniteti 14 gün söndürür. İşdə gərginlik, müdiriyyətin tələblərini vaxtında yerinə yetirməmək qorxusu, narazılıq immun hüceyrələrini sanki yorğun salır.
Stresə qarşı davamlı olmaq üçün işboyu sakitləşdirici tənəffüs məşqləri etmək, yoqa ilə məşğul olmaq, sakitləşdirici çay içmək və ya bir yol tapıb o vəziyyətdə sakitləşməyi bacarmalısız. Rahatlaşdırıcı metodlar düşünün.
Həmçinin oxuyun
Şəhərdən kənarda gəzin, təmiz havada olun
İmmunitet D vitamini günəşdən alır. Hazırda hamımzıda bu vitamin əskikdir. D vitamini virus və bakteriyalarla mübarizə aparır, bizim əhvalımızı təyin edir. Harda olursuzsa olun, harda işləyirsizsə işləyin, mütləq həftədə 1 gün şəhərdən kənarda parkda, dəniz qırağında, meşədə açıq havada 3-5 saat sadəcə gəzin. Orqanizmdə D vitamini çox olduqda qripə yoluxmur, yoluxsa da tez sağalır. Bu vitamin kəsmik, pendir, yumurta, balıqda olur. Amma siz təmiz havada gəzməlisiz ki, neqativ emosiyalar getsin, rahatlaşasız.
İsti hamamda soyuq -qaynar su
İsti sauna, hamamda buxarda oturmaq, bədəni tərlətmək, kisələnmək qədimdən sağlamlıq açarıdır. Bədən tərlədikcə virus, bakteriyalar istidən ölür, toksinlər dəri ilə çıxır. Sonra soyuq su ilə duş almaq isə immuniteti oyadır.
Maye qəbulu və yaşıl çay
Orqanizmin hüceyrələri və immun hüceyrələr mayedən təşkil olunub. Təmiz su olmadan onlar yaxşı işləmir. Qara çay əvəzinə isə keyfiyyətli yaşıl çay için. Bu çayda güclü antioksidant vardır ki, bu da sərbəst radikalları zərərsizləşdirir. İmmun sistemin T hüceyrələrinə kömək edir.
20:10 / 21 Aprel 2026
1
19:59 / 21 Aprel 2026
30
19:48 / 21 Aprel 2026
35
19:31 / 21 Aprel 2026
40
19:13 / 21 Aprel 2026
171
19:03 / 21 Aprel 2026
51
18:38 / 21 Aprel 2026
71
18:19 / 21 Aprel 2026
76
18:05 / 21 Aprel 2026
64
18:00 / 21 Aprel 2026
52
17:55 / 21 Aprel 2026
72
17:30 / 21 Aprel 2026
98
17:25 / 21 Aprel 2026
427
17:23 / 21 Aprel 2026
105
17:20 / 21 Aprel 2026
61
17:05 / 21 Aprel 2026
75
16:55 / 21 Aprel 2026
70
16:42 / 21 Aprel 2026
843
16:36 / 21 Aprel 2026
96
16:24 / 21 Aprel 2026
302
16:23 / 21 Aprel 2026
69
16:21 / 21 Aprel 2026
183
16:07 / 21 Aprel 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.