Yolda qəfil panik atak tutsa, insan nə etməlidir?
29 Yanvar 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
920
24.01.2020, 23:40
Uşaqlar arasında rast gəlinən xəstəliklərin bir qismi mövsümi xarakter daşıyır. Yaz-yay aylarında onlarda immunitet möhkəmlənir, orqanizm sağlamlaşır. Payız və qışda isə daha çox problemlər özünü büruzə verməyə başlayır, soyuqdəymə, allergik xəstəliklər narahatlıq doğurur. Payızın gəlişinə xüsusilə immun sistemi zəif uşaqların səhhətində arzuolunmaz hallar müşahidə edilir. Buna görə də həmin məsələyə çox diqqətli yanaşmaq lazımdır.
Oxu24.com bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Payız-qış aylarında ən çox kəskin respirator virus infeksiyaları çox yayılır və bu zaman uşaqlarda immunitetin aşağı düşməsi ilə əlaqədar tez-tez xəstələnmə baş verir, qızdırma, öskürək, sətəlcəm kimi proseslər daha tez-tez əmələ gəlir".
Boğaz və qulaq ağrıları da soyuq fəsillərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır. Həmin narahatlıq əksər hallarda iltihabi proses şəklində üzə çıxır. Ən geniş yayılmış səbəbi isə soyuqdəymə və ya qrip hesab olunur. 4-7 yaş arası uşaqlar həmin xəstəliklərlə daha çox üzləşirlər.
Həmçinin oxuyun
Həkim-pediatr bildirib: "Valideynlər uşaqların qida menyularını düzgün tərtib etməyə çalışmalıdırlar. Vitaminlərlə zəngin meyvə-tərəvəz rasionda üstünlük təşkil etməlidir. Uşaqları çox isti və çox qapalı mühitlərdə saxlamaq düzgün deyil. Qışda xəstəliklərin bir səbəbi də uzun müddət qapalı mühitlərdə qalmaqdır".
Onun dediyinə görə, payız-qış mövsümündə uşaqlar arasında burun axmaları, tez-tez asqırmalar, gözün qızarması, qaşınması, sulanması, maye ifrazı ilə müşahidə olunan allergik reaksiyalar da geniş yayılır. Ona görə də soyuq aylarda uşaqlara qarşı daha diqqətli olmaq, onları soyuğun və küləyin təsirindən qorumaq hər bir valideynin borcudur.
21:20 / 29 Yanvar 2026
13
21:15 / 29 Yanvar 2026
15
21:15 / 29 Yanvar 2026
17
21:12 / 29 Yanvar 2026
15
21:10 / 29 Yanvar 2026
25
21:05 / 29 Yanvar 2026
21
21:04 / 29 Yanvar 2026
118
20:55 / 29 Yanvar 2026
141
20:50 / 29 Yanvar 2026
21
20:28 / 29 Yanvar 2026
552
20:25 / 29 Yanvar 2026
72
20:08 / 29 Yanvar 2026
305
19:52 / 29 Yanvar 2026
99
19:51 / 29 Yanvar 2026
136
19:48 / 29 Yanvar 2026
262
19:40 / 29 Yanvar 2026
453
19:36 / 29 Yanvar 2026
54
19:29 / 29 Yanvar 2026
60
19:28 / 29 Yanvar 2026
360
19:23 / 29 Yanvar 2026
70
19:15 / 29 Yanvar 2026
87
18:58 / 29 Yanvar 2026
57
18:52 / 29 Yanvar 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.