Ürək xəstələri antibiotik qəbul edərkən nələrə diqqət etməlidir? – HƏKİM DANIŞDI
20 Noyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
891
21.01.2020, 16:25
Təzə ədviyyatlar
Duz və yağ ürək sağlamlığı üçün ən təhlükəli məhsullardır. Duz və yağ əvəzinə yeməyinizə rozmarin, kəklikotu, adaçayı və qaraqınıq kimi təzə ədviyyatlar əlavə etmək qidanızı daha sağlam edəcək. Ədviyyatlar çatışmayan dadı verəcək və beləliklə, siz ürək üçün sağlam bir seçim etmiş olacaqsınız.
1. İsveçrə manqoldu
Bu tünd yaşıl yarpaqlı tərəvəz kalium və maqneziumla zəngindir. Bu minerallar qan təzyiqinə nəzarət etməyə kömək edir. İsveçrə manqoldunun tərkibində, həmçinin, ürək üçün faydalı liflər, A vitamini, lutein və zaeksantin antioksidantları mövcuddur.
Faydalı məsləhət: qızardılmış ətlə və ya balığın yanında məzə kimi istifadə edin.
2. Qızılbalıq
Omeqa-3-lə zəngin olan qızılbalıq ürək sağlamlığı üçün ən yaxşı qidadır. Omega-3 yüksək arterial təzyiqi, triqliseridlərin səviyyəsini və ürək ritminin pozulma riskini azalda bilən faydalı yağlardır. Amerika Kardioloji Assosiasiyası həftədə iki porsiya qızılbalıq və ya digər yağlı balıq yeməyi məsləhət görür.
Kulinar məsləhəti: qızılbalığı göyərti və tərəvəzlərlə folqada bişirin və ya balıq takolarında və salatlarda istifadə edin
3. Tunes
Tunes balığının da tərkibində qızıl balıq kimi Omega-3 olsa da, qızılbalıqdan daha ucuzdur. Albakorun (ağ tunes) tərkibində digər tunes növlərindən daha çox Omeqa-3 var. Tunes steykinin şüyüd və limonla qızartmasını hazırlamağa çalışın. Həmçinin digər Omeqa-3 mənbələrinə diqqət yetirin: skumbriya, siyənək, göl alabalığı, sardina və ançouslar.
Faydalı məsləhət: ürək sağlamlığını artıq yağlardan qorumaq üçün yağda deyil, suda qablaşdırılmış tunesi seçin.
4. Zeytun yağı
Bu yağ ürək üçün faydalı olan antioksidantlarla zəngindir. Onlar sizin qan damarlarınızı qoruyurlar. Zeytun yağı doymuş yağları (məsələn, kərə yağı) əvəz edir və xolesterol səviyyəsinin aşağı düşməsinə kömək edir. Zeytun yağından salatlarda, tərəvəzli yeməklərdə və ya sadəcə isti çörəklə yağı istifadə edin.
Faydalı məsləhət: soyuq sıxılmış zeytun yağı hazırlandıqdan altı ay sonra maksimum dad keyfiyyətlərini qoruyub-saxlayır.
5. Qoz
Gündəlik kiçik bir ovuc qoz xolesterol səviyyəsini azalda, həmçinin, ürəyin koronar arteriyalarını iltihabdan qoruya bilər. Qozun tərkibində Omeqa-3, mono-doymamış yağlar adlandırılan faydalı yağlar, bitki sterolları və liflər var. Qoz tərkibində zərərli yağlar olan cips və peçenye kimi qidaları əvəz edə bilər.
Faydalı məsləhət: salat hazırlayarkən qoz yağını yoxlayın.
6. Badam
Doğranmış badam tərəvəz, balıq, toyuq və desertlərlə yaxşı gedir. Tərkibində bitki sterolları, lif və ürək üçün faydalı yağlar var. Gündə kiçik bir ovuc badam “pis” LDL xolesterolunu azaltmağa kömək edə bilər.
Faydalı məsləhət: badamı istifadə etməzdən əvvəl ləzzətini artırmaq üçün qızardın.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.