Ürək xəstələri antibiotik qəbul edərkən nələrə diqqət etməlidir? – HƏKİM DANIŞDI
20 Noyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1073
14.01.2020, 18:00
Son illər Azərbaycanda uşaqların “zerkalnı” tarixdə doğulması üçün anaların keysəriyyə əməliyyatına başa vurması populyar hal alıb. Övladının xüsusi tarixdə dünyaya gəlməsini istəyən valideynlər tibbi müdaxilə yolu ilə doğuşu 1-2 gün tezləşdirir, ya da yubadırlar. Məsələn, ötən il xeyli sayda valideyn körpələrini 19.12.2019 tarixində dünyaya gətirmək üçün doğuş tarixini dəyişməyə çalışıb.
Sosial şəbəkələrdə gedən müzakirələrdə bildirilir ki, həmin günlər xəstəxanalarda digər xəstələri yatırmağa yer tapılmır. 2020-ci ildə də belə “zerkalnı” tarixlər (02.02.2020 və ya 20.02.2020) mövcuddur.
Bəs doğuşu tibbi müdaxilə yolu ilə tezləşdirmək və ya yubatmaq ananın və dünyaya gələcək körpənin sağlamlığına necə təsir edir?
Mama-ginekoloq Gülnar Ağayeva “Yenisabah.az”a bu təhlükəli tendensiyadan danışıb.
O bildirib ki, bu qərarı verən ana və onunla razılaşan həkim məsuliyyət daşıyır:
“Bu heç bir millətdə yoxdur, təkcə bizim millətdə olan bir fikirdir. Doğuşun vaxtıdırsa, sən doğuşa müdaxilə edə bilməzsən. Əgər keysəriyyə əməliyyatına göstəriş olarsa, o zaman keysəriyyə əməliyyatı baş tuta bilər. Düzdür, doğuşu 2-3 gün gec və ya tez etmək olar. Amma məhz uşaq bu tarixdə doğulsun deyə, normal doğuşa imkan ola-ola keysəriyyə əməliyyatı etdirmək istəyənlərin psixologiyasında problem var. Burda həm ana, həm də həkim məsuliyyət daşıyır. Belə doğuşun müxtəlif fəsadları da ola bilər. Bu əməliyyata razılıq verən həkim də normal deyil".
Həkimin sözlərinə görə, keysəriyyə əməliyyatına yalnız göstəriş olduqda icazə vermək olar:
"İndi bir çox xəstəxanada göstəriş olmadan keysəriyyə əməliyyatına icazə vermirlər. Göstərişlərə isə gözdə zəiflik, uşaqlıq yolunda çapıq və s. aid edə bilərik.
Belə əməliyyatın daha çox anaya fəsadları olur. Məsələn uşaqlığın yığılma qabiliyyətinin pozulması, embaliya, qanaxma və s. ola bilər”.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.