Qaynar xətt:

(+99450) 247 90 86

Ayaqlardakı hər keyimə damar tutulması demək deyil – KARDİOLOQDAN XƏBƏRDARLIQ  

Ayaqlardakı hər keyimə damar tutulması demək deyil – KARDİOLOQDAN XƏBƏRDARLIQ  

TİBB

294

08.09.2026, 13:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ayaqlarda keyimə, üşümə və hissiyyatın zəifləməsi gündəlik həyatda tez-tez rast gəlinən şikayətlərdəndir. Xüsusilə şəkərli diabetdən əziyyət çəkən şəxslər bu cür əlamətləri damar tutulması ilə əlaqələndirərək narahatlıq keçirə bilirlər.

Lakin mütəxəssislər bildirirlər ki, ayaqlarda yaranan hər keyimə damar problemi ilə əlaqəli deyil. Bu cür şikayətlər sinir sisteminin zədələnməsi nəticəsində də yarana bilər. Diabetli şəxslərdə bu vəziyyət diabetik neyropatiya ilə əlaqəli ola bilər.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən invaziv kardioloq Dr. Üzeyir Rəhimov bildirib ki, ayaqlarda yaranan hər hansı keyimə və hissiyyat pozğunluğu birbaşa damar tutulması anlamına gəlmir.

“Hər keyimə damar tutulması demək deyil”

Həkimin sözlərinə görə, xüsusilə şəkərli diabet xəstələri ayaqlarında keyimə hiss etdikdə dərhal damar tutulmasından şübhələnirlər.

“Bəzi hallarda ayaqlarda hiss edilən keyimə əslində sinir əlaməti ola bilər. Tibbdə buna diabetik neyropatiya deyilir. Şəkər xəstələrində bu vəziyyətə kifayət qədər tez-tez rast gəlinir”, – deyə həkim qeyd edib.

Dr. Üzeyir Rəhimov bildirib ki, yalnız ayaqlarda keyimə olduğu üçün xəstənin dərhal damar müayinələrinə və invaziv prosedurlara yönləndirilməsi düzgün yanaşma deyil.

Onun sözlərinə görə, bəzi hallarda xəstələr təşvişə düşərək dopler müayinəsinə, hətta ayaq damarlarının angioqrafiyasına yönləndirilir. Daha sonra isə zərurət olmadığı halda damarlara balon və stent tətbiq edilə bilər.

Həkim vurğulayıb ki, ayaqda yara, qanqrena, ciddi ağrı və digər damar çatışmazlığı əlamətləri yoxdursa, sadəcə yüngül keyimə şikayəti zamanı nevroloqun müayinəsindən keçmək daha məqsədəuyğun ola bilər.

Ayaq damarlarında tutulmanın əsas əlaməti nədir?

Kardioloq ayaq damarlarında ciddi qan dövranı pozğunluğunun əsas əlamətlərindən biri kimi “fasiləli axsama”nı göstərib.

“Belə xəstələr müəyyən məsafə, məsələn, 200-300 metr getdikdən sonra ayaqlarında, xüsusilə baldır və bud nahiyəsində güclü ağrı və ağırlıq hiss edirlər. Hərəkəti davam etdirə bilmədikləri üçün dayanmağa məcbur olurlar. Bir qədər istirahət etdikdən sonra isə yenidən yeriməyə başlayırlar”, – deyə mütəxəssis bildirib.

“Qanqrena və yaralar zamanı vəziyyət fərqlidir”

Həkim qeyd edib ki, ayaq barmaqlarında qanqrena, sağalmayan yaralar, dəri dəyişiklikləri və ya ciddi ağrı müşahidə olunursa, bu zaman damar problemi ehtimalı daha ciddi qiymətləndirilməlidir.

“Əgər ayaqda yara, qanqrena və ya digər ciddi dəyişikliklər yoxdursa, yalnız yüngül keyiməyə görə ayaq angioqrafiyası aparılması düzgün deyil. Belə hallarda ilk növbədə şikayətin səbəbi müəyyənləşdirilməlidir”, – deyə Dr. Üzeyir Rəhimov əlavə edib.

Mütəxəssis diabetli şəxslərə ayaqlarda yaranan hər bir hissiyyat dəyişikliyinə laqeyd yanaşmamağı, lakin özbaşına damar müdaxiləsinə qərar verməməyi tövsiyə edib.

Nigar

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

13:06 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

133

0
Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

12:47 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

339

1
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

112

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

113

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

668

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

142

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

137

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

123

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

126

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

125

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

141

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

148

0