Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
28 Noyabr 2026, 01:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
348
25.09.2026, 22:36
Yuxu apnesi, yuxu zamanı nəfəsin dayanması və ya ciddi şəkildə yavaşlaması ilə xarakterizə olunan geniş yayılan, lakin əksər hallarda fərq edilməyən bir tənəffüs pozğunluğudur. Yuxu keyfiyyətini azaldan bu vəziyyət, uzun müddətdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Yuxu apnesi olan insanlar, adətən səhərlər istirahət etməmiş halda oyanır, gün ərzində yorğunluq hissi keçirir və cəmləşmə çətinliyi yaşayır. Xəstəliyin ən yaygın forması obstruktiv yuxu apnesidir. Bu formada, üst tənəffüs yollarındakı yumşaq toxumaların boşalması ilə hava yolu qismən və ya tamamilə bağlanır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Fərhad Burzu bildirib ki,piylənmə isə bu vəziyyətin yaranması və ağırlığında mühüm rol oynayır.
"Obstruktiv yuxu apnesi (OSA) yuxu zamanı tənəffüs yollarının təkrar daralması və ya tutulması nəticəsində nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan yuxu pozuntusudur. Piylənmə isə bu vəziyyətin yaranması və ağırlığında mühüm rol oynayır.
2026-cı ildə təqdim olunan məlumatlara görə, piylənməsi olan xəstələrdə həm bədən çəkisini, həm də yuxu apnesinin şiddətini azaldıb.
SURMOUNT-OSA tədqiqatında 469 xəstə 52 həftə izlənilib. Bir ildən sonra bədən çəkisi təxminən 20% azalıb. Yuxu zamanı nəfəsin dayanması və ya zəifləməsini göstərən AHİ göstəricisi isə CPAP istifadə etməyən xəstələrdə saatda orta hesabla 25,3, CPAP istifadə edənlərdə 29,3 hadisə azalıb. CPAP yuxu zamanı maska vasitəsilə hava təzyiqi verərək tənəffüs yollarını açıq saxlayan cihazdır.
Bu nəticələr GLP-1-in əsaslı müalicələrin ümidverici olduğunu göstərsə də, fərdi müalicə yanaşmasına ehtiyac olduğunu göstərir.",-deyə həkim bildirib.
Jalə
19:01 / 29 Noyabr 2026
1
18:58 / 29 Noyabr 2026
64
18:45 / 29 Noyabr 2026
47
18:29 / 29 Noyabr 2026
67
18:15 / 29 Noyabr 2026
97
15:24 / 29 Noyabr 2026
161
12:43 / 29 Noyabr 2026
370
12:03 / 29 Noyabr 2026
170
12:00 / 29 Noyabr 2026
201
11:33 / 29 Noyabr 2026
188
10:55 / 29 Noyabr 2026
199
10:25 / 29 Noyabr 2026
341
10:24 / 29 Noyabr 2026
721
10:00 / 29 Noyabr 2026
400
09:58 / 29 Noyabr 2026
201
09:54 / 29 Noyabr 2026
242
09:15 / 29 Noyabr 2026
206
01:31 / 29 Noyabr 2026
349
01:22 / 29 Noyabr 2026
322
00:11 / 29 Noyabr 2026
432
23:56 / 28 Noyabr 2026
813
23:47 / 28 Noyabr 2026
320
23:36 / 28 Noyabr 2026
1145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.