Onkoloji xəstələr niyə dərmansız qalır? – Ekspertdən AÇIQLAMA
07 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
266
19.08.2026, 15:30
Müasir dövrdə onkoloji xəstəliklər arasında bağırsaq xərçəngi geniş yayılmış səhiyyə problemlərindən birinə çevrilmişdir. Bir çox hallarda xəstəlik ilkin mərhələlərdə heç bir ağrı və ya ciddi əlamətlə özünü büruzə vermədiyi üçün pasiyentlər tərəfindən diqqətdən kənarda qalır. Lakin zamanında olunan profalaktik müayinələr bu təhlükəli xəstəliyin qarşısını vaxtında almağa şərait yaradır. Erkən diaqnostika sayəsində xərçəng riskini minimuma endirmək və ağır cərrahi müdaxilələrə ehtiyac qalmadan sağlamlığı qorumaq mümkündür. Mütəxəssislər xüsusilə müəyyən yaş həddindən sonra hər bir fərdin profilaktik müayinələrdən keçməsini vacib hesab edirlər.
Oxu24.com mütəxəssis rəyini öyrənmək üçün cərrah-mütəxəssis Dr. Səməd Həsənliyə müraciət edib. Mütəxəssis bağırsaq xərçəngindən qorunma yolları və kolonoskopiya müayinəsinin əhəmiyyəti barədə məlumat verib:
"Bağırsaq xərçəngindən qorunmağın en effektiv yolu müəyyən aralıqlarla bağırsağın zondla müayinəsidir. Pasiyentlər bəzən bağırsaq poliplərini ciddiyə almırlar, çünki onlar nə ağrı verir, və hatta bəzən heç bir şikayət də vermir. Amma bir cərrah olaraq sizə bunu deyə bilərəm ki, bağırsaq xərçəngi 90% hallarda bu poliplərdən inkişaf edir”.
Onun sözlərinə görə, Amerika Xərçəng Cəmiyyətinin tövsiyələrinə əsasən, 45 yaşdan etibarən hər kəs müəyyən aralıqlarla kolonoskopiyadan keçməlidir. Bəs biz bu müayinəni nə üçün edirik? Həkim qeyd edib ki, çünkü zamanında etdiyimiz müayinə ilə rast gəldiyimiz polipləri götürür və ya xərçəngi erkən mərhələdə aşkar edirik. Belə olduğu halda isə bəzən tək əməliyyatla, hətta əlavə müalicəyə ehtiyac olmadan belə xəstələri xərçəngdən qurtarırıq.
15:17 / 08 Noyabr 2026
1
15:13 / 08 Noyabr 2026
30
14:59 / 08 Noyabr 2026
51
14:54 / 08 Noyabr 2026
62
14:49 / 08 Noyabr 2026
87
14:44 / 08 Noyabr 2026
129
14:31 / 08 Noyabr 2026
89
13:45 / 08 Noyabr 2026
248
13:35 / 08 Noyabr 2026
520
13:21 / 08 Noyabr 2026
113
13:16 / 08 Noyabr 2026
125
13:06 / 08 Noyabr 2026
133
12:47 / 08 Noyabr 2026
339
12:46 / 08 Noyabr 2026
112
12:39 / 08 Noyabr 2026
113
12:35 / 08 Noyabr 2026
668
12:29 / 08 Noyabr 2026
142
12:28 / 08 Noyabr 2026
137
12:27 / 08 Noyabr 2026
123
12:22 / 08 Noyabr 2026
126
12:17 / 08 Noyabr 2026
125
12:16 / 08 Noyabr 2026
141
12:14 / 08 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.