Qaynar xətt:

(+99450) 247 90 86

Bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib

Bloqer Bikəxanım Məmmədli 8 Noyabr  Zəfər Günü münasibətilə təbrik paylaşımı edib

CƏMİYYƏT

336

08.11.2026, 14:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr  Zəfər Günü münasibətilə təbrik paylaşımı edib.

O, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:

"Zəfər günü bizim üçün sadəcə təqvim tarixi deyil, illərdir çiyinlərimizdə daşıdığımız ağır həsrətin bitdiyi, qürurumuzun bərpa olunduğu gündür. Biz bu Zəfərin canlı şahidləriyik və bu tarixi heç vaxt unutmayacağıq."

Bloqer, jurnalist Bikəxanım Məmmədli bu tarixi qələbəni xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canı bahasına torpaqlarımızı azad edən şəhidlərimizə və qazilərimizə dərin minnətdarlığını bildirərək xalqımızı Zəfər Günü münasibətilə təbrik edib.

@bikemblog 8 Noyabr bir ümidin gerçəkləşdiyi gün oldu. O 44 gün ərzində biz təkcə cəbhədən gələn xəbərləri izləmədik, bir millət olaraq necə birləşdiyimizi gördük. Yaşıdlarımızın, dostlarımızın gözünü qırpmadan ön cəbhəyə getməsinə, Şuşa qayalıqlarını qalxaraq tarixi dəyişməsinə şahid olduq. Zəfər günü bizim üçün sadəcə bir təqvim tarixi deyil. Bu gün illərdir çiyinlərimizdə daşıdığımız o ağır həsrətin bitdiyi gündür. Qürurumuzun, başımızın uca olduğu gündür. Bu qələbəni bizə yaşadan, başda Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, canı bahasına torpaqlarımızı azad edən şəhidlərimizə dərin minnətdarlığımı bildirir, qazilərimizi rəhmət və ehtiramla yad edirəm. Biz bu Zəfərin canlı şahidləriyik və bu tarixi heç vaxt unutmayacağıq. Zəfər günümüz mübarək olsun! #ZəfərGünü #Azərbaycan #8noyabr #qarabağ #victoryday ♬ orijinal ses - Bikakhanim Mammadli🦂